Aperlai
Aperlai (yun. Ἄπερλαι) — Türkiyə Respublikasının Antalya ilinin Kaş və Kekova ilçələri arasındakı Siçan yarımadasında yerləşən antik Likiya şəhəri. Şəhərin tarixi E.ə. 400-cü ildə başlayır. Bəzi ədəbiyyatlarda Aperlae, Aperrae, Apyrae və Aperlai kimi işlədilir. Luvi dilində Aprillai olub Axarsu boğazı mənasını verməkdədir. Likiyanın kiçik şəhərlərindən biridir. Şəhərin adına ilk dəfə qədim dövr tarixçiləri Plini, Heroklesin yazılarında rast gəlinir. XVI əsrdə tərk edildiyi barədə Piri Rəis öz "Kitab-ül Bəhriyyə"sində yazır. Likiya Birliyində Simena, Apollonia və İsinda ilə birlikdə 1 səs hüququna malik şəhər idi.
Həmçinin bax
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.