Apatiya (film)

Apatiya – 2024-cü ildə buraxılmış Azərbaycan filmi.

Apatiya
Janr Dram
Rejissor Hikmət Rəhimov
Ssenari müəllifi Hikmət Rəhimov
Baş rollarda Tural Baxış, Şəhla Əliqızı, Fuad Cəbiyev, Məhəmməd Şahməmmədli, Azər Aydəmir, Elşən Əsgərov,
İlk baxış tarixi 2024
Ölkələr Azərbaycan Azərbaycan
IMDb ID30971472

Məzmun

Filmdə kasıb bir ailənin dramı təsvir edilmişdir. Ailə azyaşlı oğlunu narkoman dayısınınn yanında işləmək üçün məktəbdən uzaqlaşdırır. Həmçinin ailədə qətl hadisəsi baş verir.

Tənqid

Filmdə masturbasiya səhnəsinin çəkilməsi müəyyən tənqidlərə uğramışdır. Rejissor Hikmət Rəhimov bunu janrın tələbi olduğunu bildirmiş, tənqidləri seksual problemlərlə əlaqələndirmişdir.[1]

Kinotənqidçi Sevda Sultanova bu səhnəni tənqid edərək filmə baxmayacağını bildirmişdir.

" Hər hansı filmdə intim səhnələr dramturgiyaya əsaslanmadan, obrazların xarakterində həll edilmədən göstərilirsə, bu, sənət cəsarəti yox, cahil cəsarətidir. "

Rejissor Cavid Təvəkkül Hikmət Rəhimovun bu işi bacarmadığını bildirmişdir.

" Eybəcərlik, reytinq, guya ki, "realizm göstərirəm" anlayışı Sənət üçün deyil. Film çəkmək hər kəsin başı üçün deyil[2] "

Yazıçı İlham Əziz isə bu səhnəni cəsarətli adlandıraraq rejissor və yaradıcı heyəti alqışlamışdır.

" İndiyə kimi Azərbaycan kinosunda belə cəsarətli xanım aktrisa tanımamışam. Lazım gələndə hər şeyini sənətə qurban verə bilən adamlar sonda qalibdirlər.[3] "

İstinadlar

  1. ""Apatiya"nın 18+ səhnəsi nəyə lazım idi? – Rejissor". 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  2. "Film çəkmək hər kəsin başı üçün deyil". 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  3. ""Azərbaycan kinosunda belə cəsarətli aktrisa tanımamışam"". 2024-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.