Apameya (Suriya)
Apameya (Oront üzərində) və ya Suriya Apameyası (lat. Apamea, ərəb. أفاميا/آفاميا, Afāmya, q.yun. Ἀπάμεια τῆς Συρίας, ərəbcə müasir adı Qal’at al-Mudik) şimali Suriyada, Oront çayı üzərində antik şəhərdir. Apamene bölgəsinin əsas şəhəri idi, daha sonra Romanın İkinci Suriya əyalətinin (lat. Syria Secunda) tərkibinə daxil idi.
Qədim şəhər | |
Apameya | |
---|---|
Ἀπάμεια | |
35°25′05″ şm. e. 36°23′53″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Əvvəlcə Farnakes (qədim yunan mənbələrində Φαρνάκης) adlanırdı. Makedoniyalı İsgəndərin fəthindən sonra şəhər Pella (Πέλλα, Makedoniyanın əsas şəhərinin şərəfinə) adlandırıldı. Şəhərə yeni ad I Selevk Nikator (312-281) tərəfindən e.ə. 324-cü ildə evləndiyi arvadı Apamanın adını verilmişdir. O, İsgəndərə qarşı müharibədə soqdların başçısı Spitamenin qızı idi. Burada Selevkilərin sikkələri kəsilirdi.
Böyük Pompey eramızdan əvvəl I əsrdə şəhəri dağıtmışdır. Eramızın 1-ci əsrində Claudia Apamea adı ilə şəhərin yenidən əsası qoyulmuşdur. 6-7 illər ərzində Suriya hökmdarı (lat. Publius Sulpicius Quirinius) tərəfindən aparılan siyahıyaalma zamanı, Apameyada 117.000 azad insan yaşayırdı, bu o deməkdir ki, şəhərin ümumi əhalisi təxminən yarım milyon sakin idi və Qədim Şərqin ən böyük şəhərlərindən biri idi. Orta Platonçuların (Numenius) və Stoiklərin (Posidoni) məşhur fəlsəfi məktəbi burada idi.
I Yustinianın dövründə şəhər ətrafında yeni istehkam divarları tikildi. Müqəddəs Pavsikaki Sinadski şəhər sakinlərindən idi. 540-cı ildə şəhər farslar tərəfindən yağmalanmış, 7-ci əsrdə (636-638) isə müsəlmanlar tərəfindən dağıdılmışdı. Qədim şəhərdən möhtəşəm sütunlar qorunub saxlanılmışdır.
Ədəbiyyat
- Janine Balty (ed.): Apamée de Syrie : bilan des recherches archéologiques, 1965—1968 ; actes du colloque tenu à Bruxelles les 29 et 30 Avril 1969. Bruxelles 1969
- Jean Ch. Balty: Guide d'Ápamée. Bruxelles 1981
- Janine Balty (ed.): Apamée de Syrie : bilan des recherches archéologiques 1973—1979 ; aspects de l’architecture domestique d’Apamée; actes du colloque tenu à Bruxelles les 29, 30 et 31 mai 1980. Bruxelles 1984