Aorta
Aorta — (yun. άορτή – qaldırmaq) – Böyük qan dövranının ən böyük qoşa olmayan arterial damarları. Onurğalılarda qan-damar sisteminin əsas arteriyası. Aorta divarlarının elastikliyi qan cərəyanının fasiləsizliyini və bədənin bütün orqan və toxumalarının arterial qanla təchiz olunmasını təmin edir. Quşlarda və məməlilərdə Aorta qan dövranının əsas damarıdır. O, ürəyin sol mədəciyindən başlayır, lap başlanğıc hissədə genişlənmə əmələ gətirərək (Aorta soğanağı), yuxarı qalxır (qalxan Aorta), arxaya və sola (məməlilərdə), yaxud arxaya və sağa (quşlarda) dönür (Aorta qövsü) və bədənin aşağı hissəsinə doğru istiqamətlənir (enən və ya onurğa Aortası). Sürünənlərdə Aortanın 2 qövsü var: ürəyin sol mədəciyindən çıxan – sağ arterial və sağ mədəcikdən çıxan sol – venoz. Onlar birləşərək, qarışıq qanı olan ümumi onurğa Aortasını əmələ gətirir. Suda-quruda yaşayanlarda ürəyin yeganə mədəciyindən sərbəst yığıla bilmək qabiliyyətinə malik arterial konus, ondan isə bir (quyruqsuzlarda) və ya iki (quyruqlularda) cüt Aorta qövsü çıxır və birləşərək onurğa Aortasını əmələ gətirir. Balıqlarda və girdəağızlılarda mədəcikdən, yaxud ürəyin arterial konusundan arterial qövs sistemindən venoz qanı qəlsəmələrə (balıqlarda) və ya qəlsəmə kisəciklərinə (girdəağızlılarda) daşıyan qarın Aortası çıxır. Ora da oksigenlə zənginləşmiş qan onurğa Aortasına yığılır. Onurğasızlarda (mollyusklarda, buğumayaqlılarda) ürəkdən çıxan iri damar Aorta adlanır.[1]
Aorta | |||
---|---|---|---|
| |||
Arteriya diaqramı | |||
Aortanın sxematik təsviri | |||
Latınca | aorta | ||
Təchizatı | Bütün üzv və orqanları | ||
Başlanır | Sol mədəcik | ||
Şaxələri | Aorta qövsü: Tac arteriyalar bazu-baş kötüyü sol körpücükaltı arteriya sol ümumi yuxu arteriyası Döş aortası: bronx şaxələri – rami bronchiales qida borusu şaxələri – rami oesophagei ürək kisəsi şaxələri – rami pericardiaci orta divar şaxələri – rami mediastinales III-XI dal qabırğaarası şaxələr – arteriae intercostales posteriores (III-XI) diafraqmanın yuxarı arteriyaları – arteriae phrenicae superiores Qarın aortası: arteriae intercostales posteriores aşağı və yuxarı çöz arteriyalaeı – arteria mesenterica inferior et superior orta böyrəküstü arteriyaları – aa. suprarenales medii ümumi qalça arteriyaları – aa. iliaca communis diafraqmanın aşağı arteriyası – arteriae phrenicae inferior bel arteriyaları – arteriae lumbales tən orta oma arteriyası – arteria sacralis mediana | ||
Həmçinin bax
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 568– 569. ISBN 978-9952-441-02-4.
Mənbələr
- Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979
- Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy
- Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)
- Anatomy: Embryologie