Aomori

Aomori (yap. 青森市 Aomori-şi) — Yaponiyanın Tohoku regionundakı Aomori prefekturasının eyniadlı paytaxtı. Əhalisi 229 min (2004). Honsyu adasının şimalında mühüm tranzit-nəqliyyat qovşağı. Dəniz limanı və beynəlxalq havalimanı var. Tunel (uz. 54 km) vasitəsilə Hakodate ş. (Hokkaydo a.) ilə birləşir. Şəhər 1625-ci ildə salınmışdır. Ticarət və nəşriyyat işi mərkəzidir. Bələdiyyə un-ti (1993), qravürçü-rəssam Siko Munakatanın xatirə muzeyi; poliqrafiya, yeyinti (o cümlədən balıq emalı) və elektrotexnika sənayesi müəssisələri var. Sənətkarlıq inkişaf etmişdir. Sukayu termal bulaqları var.[2]

Aomori
青森市
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
40°49′22″ şm. e. 140°44′49″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1 aprel 2005
Sahəsi 824,54 km²
Mərkəzin hündürlüyü 2 m
Saat qurşağı
Əhalisi
Əhalisi 301 330 nəfər (2012)
Digər
city.aomori.aomori.jp
Aomori xəritədə
Aomori
Aomori
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

  1. GEOnet Names Server. 2018.
  2. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 568. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.