Anuk Eme

Anuk Eme (fr. Anouk Aimée; 27 aprel 1932[1][2][…], Paris, Fransa[3]) — Fransa aktrisası.

ANUK EME
fr. Anouk Aimée
Doğum adı Fransuaza Soreyya Dreyfus
Doğum tarixi 27 aprel 1932(1932-04-27)[1][2][…] (91 yaş)
Doğum yeri
Vətəndaşlığı Fransa Fransa
Həyat yoldaşı
Partnyoru
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1947-ci ildən
Boyu 1,73 m[5]
Çəkisi 64 kq[5]
Mükafatları "Qızıl Qlobus" (1967)
IMDb ID0000733
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Anuk Eme 27 aprel 1932-ci ildə Parisdə anadan olmuşdur. Uşaqlıq illərində yəhudi[6] aktyor ailəsində tərbiyə almışdır.

O, "Bauer-Therond" dram məktəbində aktyorluğurəqsi öyrənmişdir. 14 yaşından kinoda çəkilmişdir, lakin yalnız 12 ildən sonra tanınmağa başlamışdır. Bu, onun "Monparnas, 19" filmində Janna Ebütern roluna çəkiləndən sonra oldu. Bundan sonra Federiko Fellini bu ümidverici aktrisanı görür və onu "Şirin həyat", "Səkkiz yarım" kimi filmlərinə dəvət edir. 1961-ci ildə fransız kinorejissoru Jak Demi kinoda öz debütünü çəkir. "Lola" adlanan filmdə aktrisa baş rolu ifa edir.

Bütün dünya üzrə milyonlarla tamaşaçı Anuk Emeni ilk növbədə Klod Leluşun "Kişi və qadın" (1966) filmində ifa etdiyi qadın obrazı ilə tanıdı və sevdi. Bu rola görə o, "Qızıl qlobus" da daxil olmaqla bir çox mükafatlara layiq görülmüşdür.

1969–1975-ci illərdə heç bir filmə çəkilməmişdir.

1949–1978-ci illərdə 4 dəfə (Eduard Zemmermann, Nikos Papatakis, Pyerr Barux və ingilis aktyoru Albert Finni ilə) ərdə olmuşdur. Musiqiçi Saymon Finnin keçmiş ögey anasıdır.

1980-ci ildə Eme "Boşluğa tullanmaq" filmindəki roluna görə Kann kinofestivalının mükafatına layiq görülmüşdür.

"Empire" jurnalı onun adını "Kinematoqrafın tarixində 100 ən seksual ulduz" siyahısına daxil etmişdir.

Filmoqrafiya

  1. "Monparnas, 19" (film, 1958) / Montparnasse 19
  2. Şirin həyat (film, 1960) / La Dolce Vita
  3. Səkkiz yarım (film, 1963) / 8 ½
  4. Kişi və qadın (film, 1966) / Un homme et une femme

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.