Anu

Anu — Şumer-Akkad mifologiyasında baş tanrı.

Baş tanrı

Ümumiyyətlə, İkiçayarası xalqlarının tanrılar panteonu həm zəngin, həm də maraqlıdır. Burada Şumer, Akkad tanrıları ilə yanaşı, Babilistan padşahlığı dövrünün tanrıları da yerləşdirilmişdir. Əlbəttə Babil tanrılarının əksəriyyəti Şumer tanrılarıdır. Ancaq Babilistanda onları qəbul edərkən xeyli hissəsinin adlarını dəyişsələr də, onların funksiya və vəzifələri dəyişmədən qalmışdır. Şumerlərdə tanrıların daxili dünyasının ierarxiyası mövcud olmuşdur. Yəni hər bir allah özünə məxsus mövqe tutmuşdur. Çünki tanrılar panteonu cəmiyyət və dövlət qaydalarına uyğun təşkil edilmişdir. Tanrılar ierarxiyasının zirvəsində əvvəllər Şumer allahı Anu dururdu. O, özünə göylərdə məskən seçmiş səma allahı idi. Digər tanrılar isə onun övladları sayılırdı. Lakin Anu allahının bu cür yüksək mövqeyinə baxmayaraq, ona nisbətən çox az məbədlərdə pərəstiş edirdilər. O, əlçatmaz və insanlara düşmən mövqedə olan kimi anlaşılırdı və onlara müxtəlif bəlalar göndərirdi. Ona görə də onunla dindarlar arasında heç vaxt yaxınlıq və etibarlılıq münasibətləri yaranmamışdı. Təsadüfi deyildir ki, elə Şumer dövründə Anunun yerini bir sıra münasibətlərdə oğlu Enlil tutmağa başlamışdı.

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.