Antuan Qallan
Antuan Qallan (fr. Antoine Galland, 4 aprel 1646[1][2][…], Paris – 17 fevral 1715[3][1][…], Paris) — fransız şərqşünas, antikvar, tərcüməçi, Avropada"Min bir gecə" əsərinin ilk tərcüməçisi kimi məşhurlaşmışdır. Qədim Yazılar Akademiyasının üzvü (1701), "Kollec d & Frans"da ərəb dili müəllimi (1709-cu ildən).
Antuan Qallan | |
---|---|
fr. Antoine Galland | |
Doğum tarixi | 4 aprel 1646[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 fevral 1715[3][1][…] (68 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | antropoloq, uşaq ədəbiyyatı yazıçısı, xalq nağılları kolleksiyaçısı, arxeoloq, tərcüməçi |
Fəaliyyət illəri | 1670-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Fransız şərqşünası Antuan Qallan 1646-cı ildə Rollo şəhərində (Pikardiya vilayəti) sənətkar ailəsində anadan olmuş, 1715-ci ildə Parisdə vəfat etmişdir.
Noyon və Parisdəki Plessi kollecində təhsil almışdır. "Kollec dö Frans"da Şərq dilləri sahəsində ixtisaslaşaraq, Konstantinopolda Fransa səfirliyində işləmişdir (1670). İki dəfə Ləvan şəhərinə elmi məzuniyyətə göndərilmişdir. Şərqdə işlədiyi müddətdə Şərq xalqlarının dilləri, adət və ənənələri, ədəbiyyatı ilə yaxından tanış olmuşdur. Çoxlu əlyazmaları, şəkilləri, mərmər əşyaları və qədim yazıları toplayıb öyrənmişdir. 1701-ci ildə o, Fransanın Qədim Yazılar Akademiyasının üzvü təyin olunmuşdur. Bir neçə ildən sonra "Kollec d & Frans"da ərəb dili müəllimi işləmişdir. Antuan Qallan çoxlu numizmatik əşya, qədim şeylər, Şərq tarixinə aid əlyazmalar, tərcümələr və tərcüməyə aid yazılar miras qoyub getmişdir. Lakin onu məşhurlaşdıran əsasən 12 cildlik "1001 gecə"ni ("Ərəb nağılları"nı) fransızcaya tərcümə etməsi olmuşdur (1707–1717-ci illər). Tərcümə üslub və kolorit baxımından bir qədər zəif olsa da oxunaqlı, sadə və təbiidir. Təəssüf ki, orijinalda olan bir çox şeirlər tərcümədə verilməmişdir. "1001 gecə"nin ən uğurlu tərcüməsi 1806-cı ildə Kosen və Perseval tərəfindən edilən tərcümədir. Lakin bu tərcümə tam nəşr olunmamışdır. Antuan Qallanın əsərlərindən aşağıdakıları qeyd etmək olar: "Şərqlilərin gözəl sözləri və yaxud Xeyirxah sözlər və zərb-məsəllər" (Paris, 1694), "Medala layiq görülmüş dörd kürd haqqında rəvayət" (Paris, 1696), "Qəhvəxananın mənşə tarixi və inkişafı" (ərəb dilindən tərcümə, Paris, 1699), "Bidpay və Loğmanın söylədiyi hind nağılları və təmsilləri" (türk variantından tərcümə, Paris, 1721, iki cildlik) və s.
Bundan əlavə "Jurnal dö Trevü", "Jurnal dö Savan", "Qədim Yazılar Akademiyasının xəbərləri"ndə Qallanın "Xatirələr"i dərc olunmuşdur. Antuan Qallan D'Erolonun işini davam etdirib başa çatdıran ilk fransız nizamişünaslarındandır.
D'Erblonun vəfatından sonra kral XIV Lüdovikin tapşırığı ilə Antuan Qallan yarımçıq qalmış "Şərq ensiklopediyası" əsərini tamamlayıb müfəssəl bir müqəddimə ilə 1697-ci ildə nəşr etdirmişdir. D'Erblonun "Şərq kitabxanası" ensiklopediyası ikinci dəfə Antuan Qallanın əlavələri ilə 1780-ci ildə Parisdə buraxılmışdır.
İstinadlar
- Antoine Galland // Internet Speculative Fiction Database (ing.). 1995.
- Antoine Galland // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.