Antonio Qaudi

Antonio Qaudi kat. Antoni Plàcid Guillem Gaudí i Cornet, isp. Antonio Plácido Guillermo Gaudí y Cornet; 25 iyun 1852, Reys, Kataloniya — 10 iyun 1926, Barselona) — Kataloniya memarı..

Antonio Qaudi
kat. Antoni Plàcid Guillem Gaudí i Cornet, isp. Antonio Plácido Guillermo Gaudí y Cornet
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Reys, Kataloniya
Vəfat tarixi (73 yaşında)
Vəfat yeri Barselona, İspaniya
Vəfat səbəbi tramvay qəzası[d][1][2]
Vətəndaşlığı
Təhsili
  • Barselona Ali Texniki Memarlıq Məktəbi[d] (18721876)
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Barselona
Memarlıq üslubu funksionalizm, modernizm
Əsas tikililəri
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Antonio Qaudi1852-ci ildə Tarraqona əyalətinin Reus şəhərində misgər ailəsində doğulub. Atasının gördüyü işlərlə daim maraqlanması gələcək memarın yaradıcılıq istedadına öz təsirini göstərmişdi. Qaudinin işləri təkcə müəllifin sərhədbilməyən zəkasının yox, həmçinin yaradıcılıq axtarışlarının və müxtəlif materiallarla apardığı eksperimentlərin məhsuludur. Məhz buna görə Qaudiyə, o vaxta qədər heç kimə məlum olmayan inşaat strukturlarını və heykəltəraşlıq formalarını yaratmaq müyəssər olub.

Gənc yaşlarından memarlığa maraq göstərərək 1860-cı illərin sonlarında, o günlərdə həm İspaniyanın ən modern şəhəri, həm də Kataloniyanın siyasi və mədəni mərkəzi olan Barselonaya gələn Qaudi, buradakı Escola Provinciya dArquitecture universitetində memarlıq təhsilinə başlamışdır. 1878-ci ildə məzun olan Antonio universitetin rektoru Elias Rogentin bu sözləri ilə məzunlar arasından seçilmişdir: "Ya bir alim məzun edirik, ya da ki bir axmaq. Bunu zaman göstərəcək".

Yaradıcılığının ilk illərində Qaudi Barselonada küçə lampalarının dizaynları ilə məşğul olmuşdur. Sonralar əlcəklər üçün emalatxananın vitrinini dizayn edərkən böyük ustası Eusebi Güell ilə tanış oldu və bir çox əsərlərini onun adına inşa etdi. Artıq Qaudini Barselonasız, eyni ilə də Barselonanı Qaudisiz təsəvvür etmək çətindir.

Antonio Qaudi tələbəlik illərində sosializmə böyük maraq göstərmişdir və bütün həyatı boyu güclü Katolik inancları olan Katalan milliyətçisi olmuşdur. Buna görə də həyatının sonrakı illərində dünyəvi işləri buraxıb həyatını Katolikliyə və Sagrada Familia-nın inşasına sərf etdi. Dahi memarın 1884-cü ildə inşasına başladığı, Saqrada Familia kilsəsinin tikintisi onun ölümündən sonra könüllü olaraq Kataloniya vətəndaşlarının maliyyə yardımı ilə davam etdirilir. Tikintinin 2030-cu ildə başa çatdırılması nəzərdə tutulub.

Antonio Qaudi 1926-cı ildə Barselonada ilk dəfə işləməyə başlayan tramvayın çarxları altında qalaraq, faciəli surətdə həlak olub. Deyirlər, sənətkar yolun ortasında dayanıb, özünün layihələşdirdiyi məbədə baxarkən yavaş sürətlə hərəkət edən tramvayın altına düşüb. Sonra faciələrin sayı çoxalmasın deyə, həmin tramvay xəttini ləğv ediblər. Dünyanın müxtəlif ölkələrindən Barselonaya gələn çoxsaylı turistlər hər gün məbədin ətrafına toplaşaraq başlarını qaldırıb, təəccüblə məbədə baxırlar.

Modernizmin dahisi sayılan Qaudi çox maraqlı və orijinal layihələrin müəllifidir. Onun şəxsiyyəti heç bir təsnifata sığışmır. Layihələrinin unikallığı və sənətkarlığının qəribəliyi Qaudini müasirlərindən xeyli fərqləndirir.

Əsərləri

La Sagrada Familia
  • Casa Vicens (1883–1888, Barselona)
  • El Capricho (1883–1885, Comillas)
  • Palacio Güell (1886–1888, Barselona)
  • Colegio Teresiano (1888–1890, Barselona)
  • Palacio Episcopal (1889–1893, Astorga)
  • Casa Botines (1892, León)
  • Casa Calvet (1898–1900, Barselona)
  • Bellesguard (1900, Barselona)
  • Parco Güell (1900–1914, Barselona)
  • Restauración de la Catedral de Santa María de Palma de Mallorca (1904–1914, Palma de Mallorca)
  • Casa Batlló (1904–1907, Barselona)
  • Casa Milà (La Pedrera) (1906–1912, Barselona)
  • Sagrada Familia (1883–1926, Barselona)

İstinadlar

  1. Antonio Gaudí Cornet // Diccionario biográfico español (isp.). Real Academia de la Historia, 2011.
  2. ABC (isp.). 1903. ISSN 1136-0143

Həmçinin bax

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.