Antonina Filippova
Antonina Mixaylovna Filippova (rus. Антонина Михайловна Филиппова; 7 (19) fevral 1897, Oryol – 8 aprel 1976, Volqoqrad) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1943).
Antonina Filippova | |
---|---|
rus. Антонина Михайловна Филиппова | |
Doğum tarixi | 7 (19) fevral 1897 |
Doğum yeri |
|
Vəfat tarixi | 8 aprel 1976 (79 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | teatr aktrisası |
Fəaliyyət illəri | 1913–1975 |
Mükafatları |
Həyatı
Antonina Filippova 19 fevral 1897-ci ildə Oryol şəhərində anadan olmuşdur. Tula, Novosibrsk və başqa şəhərlərdə, 1935–1950-ci illərdə Azərbaycan Rus Dram Teatrında çıxış etmişdir.[1] 1950-ci ildən Volqoqrad Teatrının truppasında olmuşdur.[2]
Rolları: Avqustina Yakovlevna ("Konsert", A.Fayko), Sonya ("Dvoryanlar", N.Poqodin), dayə ("Romeo və Cülyetta", U.Şekspir), Murzavetskaya, Qalçixa ("Qurdlar və qoyunlar", "Günahsız müqəssirlər", A.Ostrovski), Gülzar ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Qraçova ("Xəzər üzərində şəfəq", İ.Qasımov) və s.
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943
İstinadlar
- "FİLİPPOVA Antonina Mixaylovna". 2011-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I. Azərnəşr. 2016. səh. 176.
Mənbə
- ФИЛИ`ППОВА Антонина Михайловна // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. Табакова — Яшугин. М.: Советская энциклопедия. 1967. 1136 стб. 38 000 экз.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.