Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir.[1] Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil.[2][3]
Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür.[4]
Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir.[5] Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir.[6] Qədimi mənbələr epidemiyanın ilk dəfə 165-166-cı illərdə Seleusya mühasirəsi zamanı yayıldığını qeyd edir.[7] Bir başqa romalı tarixçi Ammianus Marcellinusa görə epidemiya Qalliya bölgəsindən Reyn çayına qədər yayılmışdır. Tarixçi Eutropius isə bütün imperiya boyunca əhalinin önəmli bir hissəsinin öldüyünü yazmışdır.[8]
İstinadlar
- H. Haeser's conclusion, in Lehrbuch der Geschichte der Medicin und der epidemischen Krankenheiten III:24–33 (1882), followed by Zinsser in 1935.
- "There is not enough evidence satisfactorily to identify the disease or diseases" concluded J. F. Gilliam in his summary (1961) of the written sources, with inconclusive Greek and Latin inscriptions, two groups of papyri and coinage.
- The most recent scientific data have eliminated this possibility. See Y. Furuse, A. Suzuki and H. Oshitani, “Origin of the Measles Virus: Divergence from Rinderpest Virus Between the 11th and 12th Centuries,” Virology 7 (2010), pp. 52–55.
- Dio Cassius, LXXII 14.3–4; his book that would cover the plague under Marcus Aurelius is missing; this later outburst was the greatest of which the historian had knowledge.
- "Past pandemics that ravaged Europe" Arxivləşdirilib 2017-10-07 at the Wayback Machine, BBC News, November 7, 2005
- "Plague in the Ancient World". 2017-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-06-23.
- Martin Sicker, (2000). "The Struggle over the Euphrates Frontier". The Pre-Islamic Middle East. (Greenwood) 2000:p.169 ISBN 0-275-96890-1.
- Eutropius XXXI, 6.24.