Anton Szandor Lavey

Anton Szandor LaVey (ing. Howard Stanton Levey; 11 aprel 1930[1][2][…], Çikaqo, İllinoys29 oktyabr 1997[1][2][…], San-Fransisko, Kaliforniya) — Satanizmə yeniliklər gətirmiş, Şeytan kilsəsininLa-Veya satanizminin yaradıcısı olan amerikalı okkultist yazıçı.[3]

Howard Stanton Levey
ing. Anton Szandor LaVey
Doğum adı Howard Stanton Levey
Doğum tarixi 11 aprel 1930(1930-04-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 oktyabr 1997(1997-10-29)[1][2][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağ ciyərin ödemi
Vətəndaşlığı
Milliyyəti Macarıstan Macar
Həyat yoldaşı

Carole Lansing Diane Hegarty

Blanche Barton
Uşağı

Karla LaVey (1952) Zeena LaVey (1963)

Satan LaVey (1993)
Fəaliyyəti musiqiçi, yazıçı, aktyor, filosof
Əsərlərinin dili ingilis dili
İmza
churchofsatan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

LaVey, əslən Macardır. 11 aprel 1930-cu ildə Çikaqoda dünyaya gəlmişdir. Kiçik yaşlarında musiqiyə qarşı olan heyranlığı nəticəsində 15 yaşında musiqi sahəsində istədiyi bir çox şeyi reallaşdırmağı bacarmışdı. Lakin 20 yaşına çatan LaVey, musiqidən imtina edərək, sirkə qoşulmuşdur. Qəfəsdə saxlanılan heyvanlara nəzarət edərək işə başlayan LaVey, bir müddət sonra pələnglərlə şoular göstərməyə başlamışdır. Lakin bir müddət sonra şou zamanı aldığı xəsarət səbəbindən peşəsini dəyişdirmək məcburiyyətində qaldı.

Bir neçə il sonra isə morqlarda polis-fotoqraf olaraq işləməyə başladı.

LaVey bir müsahibəsində fəlsəfi düşüncəsinin formalaşmasında morqda işlədiyi zamanın da təsirinin olduğunu vurğulamışdır.

Nəhayət 1966-cı ildə hərəkətə keçən LaVey, şeytan kilsəsini yaratdı və həm bu kilsə, həm də yazdığı kitablar vasitəsi ilə satanizm fəlsəfəsini cəmiyyətdə yaymağa çalışdı.

LaVeyin düşüncəsinə əsasən, əsas olan tanrı yox, insandır. Şeytanı isə "insanı azad edən üsyankar ruh" olaraq dəyərləndirir. Həmçinin şeytanın, müqəddəs kitablarda yazıldığı kimi deyil, tamam fərqli bir varlıq olduğunu iddia etmişdir. Belə ki, şeytan, daima müxalif olan bir varlıq kimi tanınmışdır. Bu isə insan azadlığını təmsil edən, insanı sərhədləyən hər şeyə qarşı olan bir varlığın təmsilidir. LaVey düşünürdü ki, müqəddəs kitablarda yazılanların əksini etmək insanların tək çıxış yoludur.

LaVey, insanın üstün bir varlıq olaraq qəbul etmişdir. Yazdığı bir əsərdə; "Yalnızca istədiyimiz zaman, istədiyimiz şəxsə qarşı yaxşılıq etməliyik. Heç kim bizə, daima yaxşı ol deyə bilməz. Əgər biri bizi alçaldarsa, onu əzib-yox etməliyik." deyir.

29 oktyabr 1997-ci ildə, 67 yaşında LaVey, infarkt nəticəsində vəfat etmişdir. Vəsiyyətinə əsasən məzarının üzərində "Həyatdakı tək peşmançılığım, mənasız yerə yaxşı olduğum anlardır." yazılmışdır.

İstinadlar

  1. Anton Szandor LaVey // Internet Speculative Fiction Database (ing.). 1995.
  2. Stefon M. Anton LaVey // Encyclopædia Britannica (ing.).
  3. "Arxivlənmiş surət". 2013-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.