Anton Muxlinski
Anton Osipoviç Muxlinski (rus. Антон Осипович Мухлинский; 1808[1][2][…] – 13 oktyabr 1877, Varşava) — polyak Rusiya türkoloqu.
Anton Muxlinski | |
---|---|
Doğum tarixi | 1808[1][2][…] |
Vəfat tarixi | 13 oktyabr 1877 |
Vəfat yeri | |
İş yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Anton Osipoviç Muxlinski 1808-ci ildə anadan olmuşdur. 1828-ci ildə Vilnus Universitetini bitirmişdir. Daha sonra şərq dillərini araşdırmaq üçün Sankt-Peterburq Universitetinə daxil olmuş və 1836–1839-cu illərdə orada ərəb dilindən dərs vermişdir. 1839-cu ildə isə türk dilləri üzrə professor adını qazanmışdır. 1849–1866 illərdə Peterburq Universitetinin şərq dilləri kafedrasında çalışmışdır. Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə "Zrodloslownik wyrazöw ktöre przeszly do naszej mowy z jçzyköw wschodnich" elmi əsərində polyak dilindəki türk alınmaları araşdırmışdır. Müəllifin 1857-ci ildə nəşr edilmiş "Issledovanie o proishozdenii i sostojanii Litevskih tatar" adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir.
Anton Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir.
İstinadlar
- Antoni Muchliński // NUKAT. 2002.
- Antoni Muchliński // AlKindi.