Anton Kandinov
Anton Kandinov — 1881–1891-ci illər arasında Bakıda fəaliyyət göstərmiş memar.[1] Bakıda tikilmiş İslamiyyə karvansarası, Qış klubunun[2] eləcə də qırxdan çox binanın memarı olub.[3]
Anton Kandinov | |
---|---|
rus. Кандинов Антон Семенович | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (68 yaşında) |
Vəfat yeri | Ryazan |
Vətəndaşlığı | Rusiya imperiyası |
İşləri və nailiyyətləri | |
Əsas tikililəri |
Qış Klubu İslamiyyə karvansarası |
Haqqında
Kandinov Anton Semyon oğlu 1857-ci ildə anadan olub. İbtidai və orta təhsilini evdə alıb. 1876-cı ildə Sankt Peterburq Mülki mühəndislər İnstitutuna daxil olur. 1881-ci ildə buranı birinci dərəcə ilə bitirir. Təhsilini bitirdikdən sonra 1891-ci ilə qədər Bakıda şəhər memarı kimi fəaliyyət göstərir. 1890-cı ildə Kandinovun rəhbərliyi ilə Bakıda Qış Klubunun binası inşa olunur. 1891-ci ildə vəzifəsini tərk edir. Bakıda fəaliyyət göstərdiyi dövr ərzində 40-dan çox binanın memarı olur.[4]
XX əsrin əvvəllərində Kandinov Ryazan vilayətiə köçür. Sonradan 1904–1909-cu illər arasında onun adına "Ryazan quberniyası üzrə qurumlar və vəzifəli şəxslər siyahısı"nda rast gəlinir. 25 may 1912-ci ildən etibarən Ryazan Elmi Arxiv Komissiyasının həqiqi üzvü seçilir[5]. 1913-cü ildə Ryazan Dvoryan Deputat təşkilatının üzvü olur. 1913-cü ildə Ryazan Yeparxial qadın məktəbinin binasına əlavələr etdikdən sonra burada əlavə dərs otaqları yaranır. 1914-cü ilin aprel ayında Ryazan şəhər bankının binasının özülü qoyulur. 1917-ci ilin 15 dekabr tarixinə aid mühəndis Kandinovun şəhər bankının binasının tikintisi ilə bağlı hesabatına rast gəlmək olur.[4] 4 mart 1926-cı ildə Ryazan şəhərində dünyasını dəyişib[6]..
23 may 2020-ci ildə Ryazan şəhərində Svoboda küçəsi, 62 ünvanında yerləşən və Anton Kandinovun yaşadığı tarixi taxta bina sökülüb.[7]
Həmçinin bax
İstinadlar
- Şamil Fətullayev. Bakı memarları XIX əsrin sonu - XX əsrin əvvəlində (PDF). Bakı: Şərq-Qərb nəşriyyatı. 2013. səh. 29. ISBN 978-9952-32-020-6.
- "Здание зимнего клуба Бакинского Общественного Собрания - Дом Офицеров (Баку) / Qış klubu - Zabitlər evi (Bakı)" (rus. ). ourbaku.com. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2020.
- A.Kulakova. "Рязанское деревянного зодчества в стиле «модерн» / Ryazan şəhərinin modern üslublu taxta memarlığı" (PDF) (rus. ). rounb.ru. 23 sentyabr 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 23 sentyabr 2020.
- "Кандинов Антон Семенович - городской архитектор (Баку) / Kandinov Anton Semyonoviç - şəhər memarı (Bakı)" (rus. ). ourbaku.com. 26 avqust 2012. 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2020.
- "Список лиц, состоявших членами рязанской ученой архивной комиссии в 1912 году" (rus). pomnirod.ru. 09.04.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.04.2021.
- Князева, М.В. Руководители Рязанской архитектурно-строительной службы XIX – начала XX в.: Моннерот-дю-Мен Э.И., Войницкий Ф.Э., Цеханский И.С., Кандинов А.С. (PDF) (rus). Рязань: marhi.ru. 2019. 51–55. Archived from the original on 2020-07-30. İstifadə tarixi: 2021-04-10.
- Maksim Makarov. ""Мы теряем исторические дома": в Рязани сносят деревянные строения / "Biz tarixi evlərimizi itiririk": Ryazanda taxta tikililəri sökürlər" (rus. ). progorod62.ru. 1 iyun 2020. 23 sentyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 sentyabr 2020.