Antiutopiya

Antiutopiya (antiutopiya), həmçinin distopiya (yun. δυσ - inkaryun. τόπος - yer) və ya kakotopiya (kakotopiacacotopia yazılışında olur; yun. κακός - pis) — müəllif tərəfindən xoşagəlməz və ya qorxulu sayılan bir icmanın və ya cəmiyyətin təsviri. Utopiyanın əksi və ya onun törəməsidir.

Etimologiya

Mənfi utopiya terminalogiyası qərb dillərində XIX əsrdə formalaşmağa başlayıb. Kakotopiya ("təsəvvür olunan ən pis hökumət") ifadəsi ilk dəfə Ceremi Bentam tərəfindən onun 1818-ci ilin Plan of Parlamentary Reform pamfletində utopiyanın ("təsəvvür olunan ən yaxşı hökumət") əksi kimi təklif olunur. Lora Mensfild qeyd edir ki, bu söz kakofoniya sözünə oxşayır. XX əsrin ədəbiyyatından bu ifadəni iştədən Entoni Börcess idi (1985 romanıda).[1][2] İngilis dilində ən çox istifadə olunan distopiya ifadəsini ilk dəfə Con Stüart Mill tərəfindən 1868 ildə Böyük Britaniya İcmalar palatasında hökumətin İrlandiyadaki torpaq siyasəti ilə əlaqəli olaraq işlənilib.[3][4] Ədəbi janr adı kimi isə distopiya sözü Glenn Neqli və Maks Patrikin 1952-ci ildə nəşr edilmiş Utopiyanın axtarışında (ing. The Quest for Utopia) əsərində işlədilmişdir.[5]

İstinadlar

  1. Laura Mansfield. "CACOTOPIA AND ANTHONY BURGESS" (PDF). Manchester: The International Anthony Burgess Foundation. 23.05.2013. 2019-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-07.
  2. "Neologisms of Jeremy Bentham". Bentham Project. University College London. 2020-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-07.
  3. "Twentieth Century Dystopian Fiction". The International Anthony Burgess Foundation. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-07.
  4. Mike Ashley. "Freedom or oppression? The fear of dystopia". British Library. 25 May 2016. 2017-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-07.
  5. Claeys G. Dystopia: A Natural History : A Study of Modern Despotism, Its Antecedents, and Its Literary Diffractions. — Oxford : Oxford University Press, 2017. — 556 p. — ISBN 978-0-19-878568-2.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.