Antipapa
Antipapa - Katolik kilsəsinin qanuni hesab etmədiyi Roma papası. Orta əsrlərin bəzi dövrlərində papa taxtında eyni zamanda bir-biri ilə ədavət aparan bir neçə papa otururdu; bunlar müxtəlif kilsə və dünyəvi dairələrin nümayəndələri idi. Sonradan yalnız biri qanuni sayılır, qalanları isə Antipapa elan edilirdi. Rəsmi kilsə Antipapaları tanımasa da, onların mövcudluğu ilə hesablaşmağa məcubur idi və illik rəsmi məlumat kitablarında pontifiklər siyahısı verilərkən, onların da adları göstərilirdi. Katolik kilsəsinin tərtib etdiyi həmin papalar siyahısında 30-dan çox Antipapa adı mövcuddur; onların birincisi - müqəddəs İppolit (217-235), sonuncusu V Feliks (1436-1449) olmuşdur. [1]
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 549. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.