Antil adaları
Antil adaları (isp. Antillas) - Karib dənizi və Meksika körfəzi suları ilə yuyulan, Şimali Amerika və Cənubi Amerika arasında yerləşən adalar qrupu.
Antil adaları | |
---|---|
ing. Antilles, fr. Antilles, isp. Antillas, nid. Antillen | |
![]() | |
Ümumi məlumatlar | |
Adaların sayı | 50 |
Ən böyük adası | Kuba adası |
Ümumi sahəsi | 228662 km² |
Hündür nöqtəsi | 3087 m |
Əhalisi | 42.000.000 nəfər (2009-cu il) |
Yerləşməsi | |
12°11′10″ şm. e. 68°59′22″ q. u. | |
Ölkələr | |
Akvatoriya | |
|
|
![]() |
Ümumi məlumat
Arxipelaqın sahəsi 228 662 km², əhalisi 42 mln. təşkil edir. Böyük Antil adalarına (Kuba, Haiti, Yamayka, Puerto-Riko) və Kiçik Antil adalarına (Virciniya adaları, Küləktutan adalar, Küləktutmayan adalar, Trinidad, Tobaqo və Barbados adaları) ayrılır. Antil adalarında Antiqua və Barbuda, Barbados, Haiti, Qrenada, Dominika, Dominikan Respublikası, Kuba, Sent-Vinsent və Qrenadina, Sent-Lüsiya, Sent-Kits və Nevis, Trinidad və Tobaqo, Yamayka dövlətləri, həmçinin Böyük Britaniya, ABŞ, Fransa və Niderlanda məxsus ərazilər yerləşir. Adaların bir hissəsi Venesuelanın tərkibindədir.[1]
Coğrafiyası
Adalar materik və vulkan mənşəlidir. Səthinin çox hissəsi dağlıqdır (maksimum hündürlüyü təqribən 3175 m); düzənliklər, əsasən, Kuba və Haitinin cənub-şərq hissəsində, həmçinin Virciniya və Küləktutmayan adalardadır. Vulkan mənşəli adalar Küləktutan adalar arxipelaqında üstünlük təşkil edir (fəaliyyətdə olan vulkanlar var. Dyabloten, Sufriyer, Montan-Pele və s.). Küləktutmayan adalar Karib And dağları strukturları ilə əlaqədardır. Antil adalarının ərazisi (Kubanın düzən sahələrindən başqa) çox seysmikdir.
İqlimi
İqlimi tropik passatdır. İllik yağıntı 1200–2000 mm, küləktutan yamaclarda 5000 mm, küləktutmayan yamaclarda 700–800 mm-dir. Yayın axırlarında güclü qasırğalar səciyyəvidir.
Bitki örtüyü
Təbii bitki örtüyünə –savannalara və tropik meşələrə az rast gəlinir. Küləktutan yamaclarda həmişəyaşıl meşələr qalmaqdadır.[2]
Böyük Antil adalarının tərkibinə daxil olan adalar:
Ada | Sahə, km² |
Əhali, nəf. |
Sıxlıq, nəf./km² |
Dövlət |
---|---|---|---|---|
Kuba | 110.860 | 11.242.621 | 101,41 | ![]() |
Haiti | 76.480 | 19.890.000 | 260,07 | ![]() ![]() |
Yamayka | 10.991 | 2.735.520 | 248,89 | ![]() |
Kayman adaları | 264 | 54.878 | 207,87 | ![]() |
Puerto-Riko | 9.104 | 3.994.259 | 438,74 | ![]() |
Ümumi | 207435 | 37862400 | 182,53 | |
- Kiçik Antil adalarının tərkibinə əlliyə yaxın ada daxildir. Burada daxil ən iri adalar Trinidad adası və Puerto-Rikodur.
Tərkibinə daxil olan adalar:
Ada | Sahə, km² |
Əhali, nəf. |
Sıxlıq, nəf./km² |
Dövlət |
---|---|---|---|---|
İngiltərə adası | 96,0 | 14 436 | 150,38 | Böyük Britaniya |
Aneqada | 38,0 | 200 | 5,26 | Böyük Britaniya |
Antiqua adası | 281,0 | 67 000 | 238,43 | Antiqua və Barbuda |
Aruba adası | 180,0 | 106 050 | 589,17 | Niderland |
Barbados adası | 430,0 | 284 589 | 661,83 | Barbados |
Barbuda | 161,0 | 1 500 | 9,32 | Antiqua və Barbuda |
Bas-Ter | 848,0 | 186 000 | 219,34 | Fransa |
Bekiya adası | 18,0 | 5 000 | 277,78 | Seynt-Vinsent və Qrenadin |
Boneyr adası | 288,0 | 13 389 | 46,49 | Niderland |
Kanuan adası | 13,0 | 2 000 | 153,85 | Seynt-Vinsent və Qrenadin |
Berdcin-Qorda | 21,0 | 1 100 | 52,38 | Böyük Britaniya |
Qrand-Ter | 589,0 | 197 000 | 334,47 | Fransa |
Dominika | 746,0 | 72 514 | 97,20 | Dominika |
Qrenada | 310,0 | 80 000 | 258,06 | Qrenada |
Yost-van-Deyk | 8,0 | 260 | 32,5 | Böyük Britaniya |
Karriaku adası | 34,0 | 6 000 | 176,47 | Qrenada |
Koçe adası | 61,0 | 8 242 | 135,11 | Venesuela |
Kürasao | 444,0 | 142 180 | 320,23 | Niderland |
La-Dezirat adası | 21,1 | 1 591 | 75,40 | Fransa |
Kiçik Martinik | 2,4 | 900 | 375,00 | Qrenada |
Marqarita | 956,8 | 436 900 | 456,63 | Venesuela |
Mari-Qalat adası | 158,0 | 13 470 | 85,25 | Fransa |
Martinika | 1128,0 | 397 730 | 352,60 | Fransa |
Mero | 4,0 | 300 | 75,00 | Seynt-Vinsent və Qrenadin |
Montserrat adası | 102,0 | 6 409 | 62,83 | Böyük Britaniya |
Myostik adası | 5,7 | 500 | 87,72 | Seynt-Vinsent və Qrenadin |
Nevis adası | 93,0 | 11 500 | 123,66 | Sent-Kits və Nevis |
Orçila adası | 40,0 | 100 | 2,5 | Venesuela |
Saba | 13,0 | 1 737 | 133,62 | Niderland |
Santa-Krus | 213,0 | 53 234 | 249,92 | ABŞ |
Sen-Bartelemi | 21,0 | 8 255 | 393,10 | Fransa |
Seynt-Vinsent | 346,0 | 117 000 | 338,15 | Seynt-Vinsent və Qrenadin |
Sent-Con | 50,8 | 4 197 | 82,62 | ABŞ |
Sent-Kits adası | 169,0 | 39 000 | 230,77 | Sent-Kits və Nevis |
Sent-Lüsiya | 619,2 | 172 884 | 279,21 | Sent-Lüsiya |
Сен-Мартен | 91,9 | 68 382 | 744,09 | Niderland/Fransa |
Sent-Tomas | 80,9 | 51 181 | 632,65 | ABŞ |
Sint-Estatius adası | 21,0 | 2 886 | 137,43 | Niderland |
Tobaqo | 300,0 | 54 084 | 180,28 | Trinidado və Tobaqo |
Tortola | 55,7 | 14 000 | 251,35 | Böyük Britaniya |
Trinidad | 4821,0 | 1 250 000 | 259,28 | Trinidado və Tabaqo |
Yunion | 8,0 | 5 000 | 625,00 | Seynt-Vinsent və Qrenadin |
Mənbə
İstinadlar
- Antilles/Greater Antilles and Lesser Antilles/Antilles Map Arxivləşdirilib 2019-01-15 at the Wayback Machine, Map Universal
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 545. ISBN 978-9952-441-02-4.