Anti-Dürinq
"Anti-Dürinq" (1876 −1878) — Fridrix Engelsin əsas əsərlərindən biri. Bu kitabda Engels marksizmin hər üç tərkib hissəsinin: fəlsəfə, siyasi-iqtisad, elmi kommunizmin klassik təfsirlərini verir.
Anti-Dürinq | |
---|---|
alm. Herrn Eugen Dührings Umwälzung der Wissenschaft | |
Müəllif | Fridrix Engels[1], Karl Marks[1] |
Orijinal dili | alman dili |
Nəşr ili | 1877[1], 1878[1] |
Formal olaraq bu kitab Yevgeni Dürinqin iddialarına bir cavab idi, amma əslində polemika, satira və tənqid ruhunda yazılan kitab özlüyündə marksizmin dərsliyinə çevrildi. Y. Dürinq isə məhz bu kitab sayəsində tarixə düşdü. 1876 −1878 illərdə kapitalizmin sürətli, ancaq nisbətən dinc inkişafı zamanı yazılıb. Bununla belə həmin dövrdə kapitalist istehsal üsülünda müəyyən köklü dəyişikliklər baş verirdi.
Paris kommunasının yatırımasında iştirak etmiş Bismark Almaniyası sənaye istehsalının inkişaf sürətinə görə Avropada birinci oldu. Belə tez inkişaf Almaniyada məlum sinfi ziddiyətlərin yaranmasına səbəb olurdu.
Belə şəraitdə Almaniyada marksizm yayılmağa başladı. Bununla belə Almaniyada bir çox başqa sistemsiz, bəzən bir birinə zidd nəzəri baxışları eyni zamanda özündə birləşdirməyə çalışan "nəzəriyələr" yaranmağa başladı.
Belə nəzəriyələrdən biri də xırda burjua ideoloqu Y. Dürinqin nəzəriyəsi idi. Bu nəzəriyə xeyli dərəcədə vulqar-materialist, idealist, pozitivist baxışların eklektik birləşdirilməsi cəhdi idi.
Dürinqçilik 1875 ildə alman sosial-demokrat partiyasının üzvlərinin bir hissəsi(Eyzenahen) arasında yayılmağa başladı.
Eyzenaxenlərin lassalyanlarla 1875 ildə, Vahid Almaniya Sosialist fəhlə partiyasına birləşməsindən sonra dürinqçilik təhlükəsi daha çox artdı. Engelsin bu kitabı bu nəzəriyyəyə bir cavab oldu.
Qaynaq
Mənbə: Анти-Дюринг. Переворот в науке произведенный господином Евгением Дюрингом. Изд.Полит литературы. Москва 1969
İstinadlar
- Deutsche Nationalbibliothek Record #4113440-0 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.