Anturium
Anturium (lat. Anthurium) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinə aid bitki cinsi.
Anturium | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Pothoideae Triba: Anthurieae Cins: Anturium |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Antoriumlar tropik Amerikaya xas bir çiçəkdir. Uruqvay, Argentika, Meksika və digər bir çox tropik yağış meşələrində təbii yolla yayılırlar. Dibçəkdə fərqli ölkələrdə də yetişdirilə bilər.
Anturiumların qulluğu
Anturiumlar baxılması asan olan bir güldür. Tropik ölkələrdə təbii yayıldığı üçün çox su sevmirlər. Ancaq rütubətli yerdə tez böyüyür. Qış aylarında həftədə 1 dəfə, yayda isə 2 dəfə sulamaq lazımdır. Dibçəyində çox su qalmamalıdır, süzülən suyunu atmaq lazımdır. Günəş işiğında çox sürətlə böyüyür və çiçək açır. Qaranlıq yerdə çiçək açması gecikir. Birbaşa gün işığı ilə təmasda yarpaqları yana bilər, işiqlı yer kifayət edir. Bir neçə gündən bir yarpaqlarını nəm dəsmal ilə silmək lazımdır. Aprel və ya may ayında orxideya maye gübrəsi vermək məsləhətdir. Dibçəyi 1 və ya 2 ildən bir dəyişilir. Çox böyük dibçək sevmirlər. Dərin əkmək məsləhət deyil. Yoxsa kökü çürüyər. Dibçəyin yerini çox dəyişmək olmaz.