Antarktidada turizm
Antaraktidada turizm 1960-cı illərdən sonra başlamış və dəniz səyahəti formasında olmuşdur. 60-cı illərin sonunda buraya şəxsi yaxta ilə səyahətdə əlavə olunmuş. Hava uçuşları isə 1970-ci illərdən Avstraliyadan və Yeni Zellandiyadan ekskursiya formasında həyata keşirilmişdir. Ümumən Antaraktidaya turizm mövsümü yayda, noyabrda başalayıb martda bitir. 1999/2000-ci il mövsümündə Antaraktidaya 14762 turist səfər etmişdir. Bunların əksəriyyəti dəniz səfəri (kuriz) formasında olmuşdur[1]. 2009/2010 illərdə isə 40 min turist qeydə alınıb[2].
Antarktidaya səfər
Antarktidaya səfərlər Antarktika haqqında konvensiyasının qərarına əsasən turizm şirkətlərinin buna icazəsi olan halda mümkündür[3] Dəniz səfərləri zamanı materikin sahilinə Zodiac Marine & Pool şirkətinin qayıqları ilə və vertolyotlar ilə enişlər həyata keçirilir. Təsadüfü hallarda bəzi turların proqramına alpinizm, xizəklə sürüşmə və Cənub qütbünə səfərlər əlavə edilir.[1].
Dəniz səyahətləri
İlk dəfə 1920-ci ildə, Folklend adalarına məxsus poçt gəmisi Cənubi Şetland adalarına və Cənubi Orkney adaları səfər zamanı bir-neçə turist pul ödəmək müqabilində göyərtəyə götürmüş. Bu səfər Antarktidaya ilk komersiya turu hesab oluna bilər. [4].
Müasir dövrdə Antarktidaya kommersiya turlarını isveç-amerkan təşkilatıçısı və səyyahı Lars -Erik Lindblad 1969-cu ildə xüsusi quraşdırılmış MV laynerində həyata keçirmişdir[1]. Materikə təşkil olunan bu dəniz kruizləri çox vaxt Argentinanın Uşaya portundan başlayır. Syahətin qiyməti həyata keçirilən marşurutdan asılı olaraq 3000–30000 dollar arasında dəyişir[5].
Bəzi dəniz səfərləri Ross dənizinə və Şərqi Antarktidaya həyata keçirilir. Yeni Zellandiyanın Heritage Expeditions turizm şirkəti il ərzində bir neçə dəfə "Enderbinin ruhu" gəmisində dəniz səyahətləri təşkil edir.
Yaxta ilə səyahət
Materikə şəxsi yaxtalarda olan ilk səfərlər 1960-cı illərdən başlamış. Antarktida ətrafında yaxta ilə ilk səyahəti polineziyalı alim Devid Henri həyata keçirmişdir[3]. Müasir dövrdə Antarktik yarımadasından il ərzində 30 yaxta səyahəti təşkil olunur. Ən diqqət çəkən səyahətlər dörd günlük Odlu Torpaq adasından, Uşayadan və Folklend adalarından olur.
Hava uçuşları
Antarktidaya ilk aviareys 1958-ci ildə, Çilidən həayata keçirilib[1] Bundan sonra 1977–1979-cu illərdə Avstraliya və Yeni Zellandiyadan birbaşa uçlar olub. 1994-cü ildə yenidən Avstraliyada bu səfərlər bərpa edilmiş. Bu reyslər həm daxili, həm də, beynəlxalq uçuşlar kimi qeydə alınmış və Air New Zealand hava şirkəti beynəlxalq TE kodlaşmasına sahib idi. Yaponiyada paket şəklində turlar satılır ki, ona da, bələdçi kimi ser Edmund Hillari rəhbərlik edir. Uçuşların davamiyyəti 12–14 saat arasında dəyişir. Bunun da 4 saatını materik üzərində uçuş təşkil edir.
Ədəbiyyat
- Trewby, Mary. Antarctica: An encyclopaedia from Abbott ice shelf to zoo plankton. 2002. ISBN 1-86953-453-0.
- Rubin, Jeff. Antarctica. Lonely Planet. 2008. ISBN 978-1-74104-549-9
- Antarctica Cruising Guide. Awa Press, Wellington NZ. ISBN 978-0-9582916-3-7 Publishers website Arxivləşdirilib 2010-05-25 at the Wayback Machine
İstinadlar
- Trewby, 2002
- "Антарктида завоевывает популярность у туристов". 2014-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-20.
- Rubin, 2008
- Hart, 2006
- Arxivləşdirilib 2015-02-02 at the Wayback Machine/