Antarktida tarixi
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür.
Ümumi məlumat | ||
---|---|---|
Sahəsi: | 14,4 mln km2 | |
Ölkə sayı: | 0 | |
Əhali: | 1.106 | |
Ən uzun çayı: | Oniks çayı | |
Ən böyük gölü: | Vostok | |
Ən hündür nöqtəsi: | Vinson massivi (5140m) | |
Şimal ucqar nöqtəsi: | Sifre burnu |
Tarixi
Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar.[1]
Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir.
1773-cü ilin yanvar ayında ingilis dəniz səyyahı Ceyms Kuk ilk dəfə olaraq iki yelkənli gəmidə (462 ton su tutumu olan "Rezolyuşen" — Kapitan C. Kuk və 336 ton su tutumu olan "Advenger" — kapitan T. Fyurno) Cənub Qütb dairəsini keçərək rekord enliyə — 71°10′-ə qədər getmiş və burada üzən böyük aysberqə rast gəlmişdi.
Antarktida dənizini ilk keçənlər suiti ovuna çıxan səyyahlar olmuşlar. Onlar Antarktida materikinə yaxınlaşsalar da materikin yaxınlığındakı buzlaq adalarını, onların forma və ölçülərini tam öyrənmişlər. Sonralar bu səyyahların çoxunun adı Antarktida materikində müxtəlif yerlərə verilmişdir. (Kerqelen, Palmer, Bisko, Uedell, Kemp və s.).
XIX əsrin 40-cı illərində suiti ovu onların sayının kəskin surətdə azalmasına səbəb olmuş və ovçu-səyahətçilər risk etməyin mənasız olduğunu düçünərək 30 ilə yaxın bir müddətə (1840-cı və 1870-ci illərdə) Antarktida sahillərinə səyahət etməmişlər.
Mənbə
- Саватюгин Л. М., Преображенская М. А. Карта Антарктиды: имена и судьбы / под ред. д-ра экон. наук, канд. геогр. наук М. В. Слипенчука. — СПб.: Географ, 2014. — 352 с.: ил. — (Полярные истории)
- Ivanov, L. General Geography and History of Livingston Island. In: Bulgarian Antarctic Research: A Synthesis. Eds. C. Pimpirev and N. Chipev. Sofia: St. Kliment Ohridski University Press, 2015.
İstinadlar
- "GENERAL GEOGRAPHY AND HISTORY OF LIVINGSTON ISLAND". 2022-03-14 tarixində arxivləşdirilib.