Antananarivu

Antananarivu (1970-ci illərədək Tananarive, Tana; malaq. Antananarivo) — Madaqaskar Respublikasının paytaxtı və ən böyük şəhəri, Antananarivu əyalətinin inzibati mərkəzi.

Antananarivu
Tananarive
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
18°54′36″ c. e. 47°31′30″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1625
Sahəsi
  • 88.000.000 
Mərkəzin hündürlüyü 1.276 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.275.207 nəf. (2018)[2]
Digər
mairie-antananarivo.mg
Antananarivu xəritədə
Antananarivu
Antananarivu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Əsası 1625-ci ildə İmerina kralı Andrianzak tərəfindən qoyulmuşdur. Madaqaskar adasının mərkəzində, Yüksək platoda (1240–1470 m ) yerləşir. 17-ci əsrin 1-ci yarısında İmerina hökmdarı Andrianzaka tərəfindən Analamanqa təpəsində salınmışdır. 1794-cü ildən İmerina dövlətinin, daha sonra Madaqasqar krallığının, Fransa müstəmləkəsinə çevrildikdən sonra 1896-cı ildən Madaqaskar koloniyasının, sonralar müstəqil Malaqasi Respublikasının (1960-cı ildən), Madaqaskar Demokratik Respublikasının (1975-ci ildən) paytaxtı olmuşdur. 1992-ci ildən Madaqaskar Respublikasının paytaxtıdır.

Demoqrafiya

Əhalisi 1,4 mln. (aqlomerasiyada 1,6 mln., 2005).

Haqqında

Qədim tikililər, tarixi abidələr müasir Avropa tipli binalarla ahəngdarlıq yaratmışdır. Şəhərin hündür hissəsində (Ruva rayonu) kral iqamətgahı, saray tikililəri yerləşmişdir. Antananarivu üçün kiçik mərtəbəli evlər xarakterikdir. Mərkəzdə (Anusi gölü ətrafı) müasir inzibati binalar inşa edilmişdir. Tarix muzeyi (1897), milli arxiv (1958), milli kitabxana (1961), Hira Qasi xalq teatrı, “Antananarivu teatr” və s. var. Malaqasiya EA (1902), universitet (1961), botanika bağı, rəsədxana və s., avtomobildəmiryol qovşağı, beynəlxalq aeroportu (İvatu) var.[3]

Həmçinin bax

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.