Anqola bayrağı
Anqola bayrağı — Anqolanın Dövlət bayrağı
Anqola bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadəsi | Milli bayraq və dəniz bayrağı |
Proporsiya | 2:3 |
Vikianbarda əlaqəli mediafayllar |
Günümüzdəki istifadə edilən halı ilə 11 noyabr 1975-cı il tarixindən istifadə edilməyə başlanmışdır.
Anqola bayrağı üfüqi olaraq iki bərabər hissəyə bölən qalın qırmızı və qara zolaqdan ibarətdir. Əlavə olaraq bayrağın ortasında sarı dişli, paz və ulduz var. Bayraqdakı qırmızı rəng ilk günlərdə sosializmin bir simvolu olaraq istifadə edildiyi halda, bu gün Anqola xalqının 1992-ci ildə konstitusiya çərçivəsində ifadə etdiyi kimi ölkənin müstəqilliyi üçün tökdüyü qanı simvolizə edir. Bayraqın digər yarısını aşağıda təşkil edən qara rəng, ölkənin yerləşdiyi Afrika qitəsini göstərir. Bayraqın ortasındakı yarı dişli işçi sinfi sosialist inqilabını, qılınc əkinçilik sinfini, beşguşəli ulduz isə ölkənin inkişafını və beynəlmiləlçiliyi təmsil edir. Bayraqda istifadə olunan bu işarələrin Sovet İttifaqında istifadə olunan orak və çəkic işarələrinə bənzərliyi ölkənin kommunizmə sadiqliyini ifadə edir.
Bayrağın formalaşmasında Anqolanın müstəqilliyi uğrunda mübarizə aparan MPLA partiyasının bayrağı əsas götürüldü və partiya bayrağındakı iri beşguşəli ulduz əvəzinə yarı dişli, qılınc və xırda ulduz istifadə edilmişdir. 2003-cü ildə ölkədə, xüsusən müxalifət partiyaları tərəfindən bayrağın dəyişdirilməsi barədə fikirlər irəli sürüldü və hətta bayraqlar təklif olundu, lakin bu günə qədər heç bir nəticə əldə olunmadı.