Khmer imperiyası
Khmer İmperiyası (khm. ចក្រភពខ្មែរ, Çakrphup Khmer və ya khm. អាណាចក្រខ្មែរ, Anaçak Khmer), rəsmi olaraq Anqkor krallığı (khm. អាណាចក្រអង្គរ, Anaçak Anqkor) və ya hindlilər tərəfindən Kambucadeşa (hind. ख्मेर साम्राज्य) — IX–XV əsrlərdə indiki Kamboca, Vyetnam, Tayland və Laos ərazisində hökmranlıq etmiş feodal khmer buddist dövləti. Keçmiş Bapnom və Çenla krallıqlarının süqutu ilə yaranan imperiya Cənub-şərqi Asiyanın əksəriyyətini[3] və Cənubi Çinin bir hissəsini idarə edirdi.[4][5]
İmperiya | |||
Khmer imperiyası | |||
---|---|---|---|
ចក្រភពខ្មែរ Çakrphup Khmer ख्मेर साम्राज्य Kambucadeşa | |||
|
|||
|
|||
←
|
|||
Dilləri | Avstroasiya dilləri | ||
Rəsmi dilləri |
Qədim khmer dili Sanskrit dili |
||
Dövlət dini |
Hinduizm Mahayana Txeravada |
||
Ərazisi | 1,000,000 km2 (1290)[1][2] | ||
Əhalisi | 2,000,000 (1150) | ||
İdarəetmə forması | Mütləq monarxiya | ||
Çakravartin | |||
• 770—830 | II Cayavarman | ||
• 1113—1150 | II Suryavarman | ||
• 1181—1218 | VII Cayavarman | ||
• 1327—1336 | IX Cayavarman | ||
Tarixi | |||
• 802 | II Cayavarmanın taxta çıxması | ||
• 1431 | Siamların səfəri | ||
Davamiyyət | |||
→ | |||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlətin ən böyük irsi onun paytaxtı Anqkor şəhəri idi. Şəhərin Anqkor Vat və Bayon kimi tikililəri Khmer İmperiyasının ucsuz-bucaqsız güc və zənginliyinin, valehedici incəsənət və mədəniyyətinin, memarlıq üslublarının, estetik nailiyyətlərinin və əsrlər boyu qoruyub-saxladığı müxtəlif inanc sistemlərinin rəmzidir. Süni peyklərdən əldə edilən şəkillər Anqkor şəhərinin sənaye inqilabından əvvəlki dünyanın ən böyük şəhəri olduğunu sübut edir.[6]
Khmer İmperiyasının yaranma tarixi 802-ci il götürülür. Həmin il II Cayavarman özünü çakravartin ("dünyanın kralı" və ya "krallar kralı"). Krallıq XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.
Tarixi
Dövlət Hind-Çin yarımadasının mərkəzi hissələrində yaşayan khmer tayfaları arasındakı əlaqələrin inkişafının bir nəticəsi olaraq yaranmışdır. Khmer tayfalarının bir hakimiyyət altında birləşmələrinin ən böyük səbəbi Anqkor şəhərinin yerləşdiyi ərazidi. Bu ərazi kənd təsərrüfatının inkişafı üçün münasib idi. Dövlətin qurulmasının başqa bir səbəbi hind sivilizasiyasının sahilyanı ərazilərdən yarımadanın dərinliklərinə yayılması idi.
II Cayavarman (802–850) Kambucadeşa kral sülaləsinin banisi hesab edilir, ancaq khmer tayfaları I İndravarman (877–889) və I Yaşovarman (889–900) hakimiyyəti dövründə birləşmişdir. XI–XII əsrlər imperiyanın ən qüdrətli dövrü idi. Kral I Suryavarman (1002–1050) və II Udayadityavarman (1050–1066) imperiya ərazisində böyük bir suvarma sistemi tikmişdir.
Kral II Suryavarmanın hakimiyyəti dövründə imperiya Çauprahaya çayının vadisində yaşayan monlarla və Tyampa dövləti ilə vuruşmuşdur. Böyükmiqyaslı müharibələr XIII əsrdə imperiyanın tənəzzül dövrünə girməsi ilə nəticələnmişdir. XIII əsrin ikinci yarısında imperiya qərbdə yaşayan tay tayfalarının hücumlarına məruz qalmışdır. İmperiya XV əsrdə Anqkor şəhərinin işğalı ilə süquta uğramışdır.
İnzibati bölgü
Khmer İmperiyasının inzibati bölgüsü barədə çox az məlumat var. İmperiyanın krala xərac verən kiçik-kiçik knyazlıqlardan ibarət olmağı ehtimalı var. Mahal sistemi X əsrin ortalarında yanmışdır. Hər bir mahalda 20–90 nəfərlik srukdan (kənd) və bir məbəddən ibarət idi.[7]
Dil
Khmer cəmiyyəti ikidilli idi. Sanskrit hakimiyyətin və mədəniyyətin, khmer isə adi xalqın dili idi. Buna baxmayaraq, kitabələrdə həm sanskrit, həm də khmer dillərindən istifadə olunurdu.[7]
Hökmdarlar
- 770—830: II Cayavarman
- 839—877: III Cayavarman
- 877—889: I İndravarman
- 889—910: II Yaşovarman
- 910—923: II Xarşavarman
- 923—928: II İşanavarman
- 921—941: IV Cayavarman
- 941—944: II Xarşavarman
- 944—968: II Racendravarman
- 968—1000: V Cayavarman
- 1001—1002: I Udayadityavarman
- 1002—1006: Cayaviravarman
- 1001—1050: I Suryavarman
- 1049—1066: II Udayadityavarman
- 1066—1080: III Xarşavarman
- 1080—1113: Nripatindravarman
- 1080—1107: VI Cayavarman
- 1107—1113: I Dharanindravarman
- 1113—1150: II Suryavarman
- 1150—1160: II Dharanindravarman
- 1160—1165: II Yaşovarman
- 1165—1177: Tribhuvanadityavarman
- 1181—1218: VII Cayavarman
- 1218—1243: II İndravarman
- 1243—1295: VIII Cayavarman
- 1295—1307: III İndravarman
- 1307—1327: İndracayavarman
- 1327—1336: IX Cayavarman
Qalereya
Kambocadakı məbədlər
Banteaysrey Preahxan Ta Keo Pximeanakas Çau Say Tevoda Banteay Samre Fillər terası
Tailanddakı məbədlər
Pxanom Runq Prasat Pximay Pranq Sam Yot Prasat Sixorapxum Prasat Muanq Tam Prasat Muanq Sinqh Sdok Kok Txom
Laosdakı məbədlər
Vat Pxou
İstinadlar
- Turchin, Peter; Adams, Conatan M.; Hall, Tomas D. "East-West Orientation of Historical Empires". Journal of world-systems research. 12 (2). dekabr 2006: 223. ISSN 1076-156X. 2019-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- Taaqepera, Reyn. "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3). sentyabr 1997: 493. doi:10.1111/0020-8833.00053. JSTOR 2600793. 2020-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- "Angkor". Infopleace. 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- Reynolds, Frank. "Angkor". Encyclopædia Britannica. Encyclopædia Britannica, Inc. 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 noyabr 2018.
- "Khmer Empire". Ancient History Encyclopedia. Ancient History Encyclopedia. 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018. (#first_missing_last)
- Demiyan Evans; və b. "A comprehensive archaeological map of the world's largest preindustrial settlement complex at Angkor, Cambodia". PNAS. 104 (36). 9 aprel 2009: 14277–82. doi:10.1073/pnas.0702525104. PMC 1964867. PMID 17717084. 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 noyabr 2018.
- Cavan, B. Кхмеры. Moskva: Вече. 2009.
Ədəbiyyat
- Ködes, Corc. The making of South East Asia. University of California Press. 1966. ISBN 0-520-05061-4.
- Friman, Maykl; Jak, Klod. Ancient Angkor. River Books. 2006. ISBN 974-8225-27-5.
- Hayam, Çarls. The Civilization of Angkor. Phoenix. 2001. ISBN 978-1-84212-584-7.
- Vittorio, Roveda. Khmer Mythology. River Books. ISBN 974-8225-37-2
- Daqens, Bruno. Angkor — Heart of an Asian Empire. Thames & Hudson. ISBN 0-500-30054-2
- Keys, Çarls F. The Golden Peninsula. University of Hawaii Press. 1995. ISBN 978-0-8248-1696-4.
- Runey, Daun F. Angkor: Cambodia's wondrous khmer temples (5th). Odissey. 2005. ISBN 978-962-217-727-7.
- Şendler, Devid P. A History of Cambodia. Westview Press. ISBN 0-8133-3511-6
- Daquan, Çjou. The Customs of Cambodia. The Siam Society. ISBN 974-8359-68-9
- Mouhot, Henri. Travels in Siam, Cambodia, Laos, and Annam. White Lotus Co, Ltd. ISBN 974-8434-03-6
- Vikeri, Maykl. Society, economics, and politics in pre-Angkor Cambodia: the 7th–8th centuries. Toyo Bunko. 1998. ISBN 978-4-89656-110-4.
- Uolker, Bencamin. Angkor Empire: A History of the Khmer of Cambodia. Kalkutta: Signet Press. 1995.
- Edmonds, İ.Q. The Khmers of Cambodia: The story of a mysterious people. 1970.