Anomaliya
Anomaliya (yun. άνωμαλία, anomalia - qeyri-normallıq) — normadan, ümumi qanunauyğunluqdan kənara çıxma, yanlışlıq (xəta); biologiyada və tibbdə orqanizmin və ya hər hansı orqanın quruluş və funksiyaca normadan kənara çıxması, orqanların quruluşunun formalaşmasında irsi pozğunluq. Bu pozğunluqlar genlərin və ya xromosomların dəyişilməsi ilə əlaqədardır. Məsələn, polidaktiliya, sindaktiliya, araxiodaktiliya və s. [1]
İstinadlar
- "Biologiya lüğəti" kitabı, Bakı, "Çaşıoğlu" mətbəəsi, 2011, səh. 66
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 520. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.