Şəmkir
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır.[2]
Bu məqalə Şəmkir şəhəri haqqındadır. Rayon üçün Şəmkir rayonu səhifəsinə baxın. |
Şəhər | |
Şəmkir | |
---|---|
40°51′23″ şm. e. 46°01′02″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1944 |
İlk məlumat | V əsr |
Mərkəzin hündürlüyü | 450 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5700 |
Digər | |
shamkir-ih.gov.az | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Toponimikası
Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi. Şəhər növbəti dəfə dağıdılandan sonra salamat qalmış azsaylı sakinlər Şəmkiri tərk etmiş və əvvəlki yaşayış məntəqəsindən 9 –10 km aralıda məskunlaşmışdır.
Tarixi
İndiki Şəmkir şəhərinin əsası 1818-ci ildə buraya köçürülmüş almanlar tərəfindən qoyulub. Həmin ilin yayında Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına (indiki Gəncə) köçən 194 alman ailəsi Şamxor (indiki Şəmkir) yaxınlığında Yelenendorf (indiki Xanlar(Göygöl) rayonu) və Annenfeld adlı iki koloniya saldılar. 9 Fevral 1916-cı ildə Rusiya Almaniya ilə müharibə şəraitində olduğundan, koloniyanın adı dəyişdirilərək "Annino" adı verilmişdi. 1938-ci ildə alman icmasının yaşadığı Annino qəsəbəsi Şamxor qəsəbəsi adlandırılıb. 1939-cu ildə Şəmkir şəhər tipli qəsəbə statusunu alıb.
Coğrafiyası və iqlimi
Bakı ilə arasında məsafə 399 km-dir.
Əhalisi
2019-cu ilin məlumatına görə əhalisi 43 400 nəfərdir.
Şəkillər
- Şəmkirdə bir tənəklik(üzümlük)
- Aşıq Dilqəmin büstü
İstinadlar
- Президиум Верховного Совета Азербайджанского ССР. "Азербайджанская ССР, Административно-территориальное деление на 1 января 1961-го года". Азербайджанское государственное издательство, Баку, 1961, стр. 9
- "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.