Annaqılınc Möhtaci
Annaqılınc Möhtaci (1824 (1825)[1] - 1884) — türkmən şairi.
Annaqılınc Möhtaci | |
---|---|
azərb. Annaqılınc Möhtaci | |
Doğum tarixi | |
Doğum yeri | Keşi, Xivə xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri |
|
Fəaliyyəti | şair |
Janr | lirika |
Annaqılınc Möhtaci Vikimənbədə |
Həyatı
Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir.
Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.
Şairin eşq, vətən sevgisi və sosial mövzularda qoşduğu şeirləri bu gün də bəxşilərin repertuarında mühüm yer tutur.
Möhtacinin öz əlilə yazdığı şeir dəftərləri hazırda Türkmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunda qorunur. Şairin zəngin irsi tədqiq edilmiş, şeir kitabları dəfələrlə nəşr olunmuşdur.[2]
Yaradıcılığı
XVII-XIX əsrlər türkmən ədəbiyyatı son dərəcə zəngin və çoxşaxəlidir. Həmin dövrdə Nurməhəmməd Əndəlib, Dövlətməmməd Azadi, Abdulla Şahbəndə, Məxdimqulu Fəraqi, Şeydayi, Qurbanəli Məğrubi, Qayıbnəzər Qayıbi, Murad Talıbi, Orazpolad Qurdoğlu, Məmmədvəli Kəminə, Seyidnəzər Seydi, Seydulla Seydi, Qurbandurdu Zəlili, Əbdürrəhim Zinhari, Molla Nəfəs, Oraz Aşiqi, Əvəztaqan Katibi, Dostməhəmməd, Annaqılınc Möhtaci, Miskinqılınc, Dövlətməmməd Balqızıl kimi istedad və sənətkarlıq baxımından bir-birindən fərqli bir çox türkmən şairi yaşayıb yaratmışdır.
Bu dövrün əsas özəlliyi ədəbi türkmən dilinin cilalanması və bu dildə əsərlər yazılmasıdır. Doğrudur, türk¬mənlərin ədəbiyyatı XVII əsrdən başlanmır, onun ilkin kökü daha qədimlərə gedib çıxır. Xüsusilə saysız-hesabsız əfsanələr, dastanlar, rəvayətlər, folklor nümunələri ən azı min illik bir tarixi əhatə edir. Lakin yazılı ədəbiyyat qismən gəncdir. Burada da iki məsələni bir-birindən ayırmaq vacibdir. Bunlardan birincisi oğuz-türkmən konteks¬tində nəzərdən keçirilən ədəbiyyatdır. Məlumdur ki, türk xalqlarının oğuz boyuna mənsub olan qismi islam dinini qəbul etdikdən sonra qonşu xalqlar tərəfindən türkmən adlandırılmışdır. Ona qədər və ondan sonra da uzun müddət türkmənlər-oğuzlar özlərinə həm oğuz, həm də türkmən demişlər.
Annaqılınc Möhtaci öz üslubuna görə seçilirdi. Möhtacinin söylədiyi şeirlər ideya məzmununa görə də, sənətkarlıq xüsusiyyətlərinə görə də gözəl yaradıcılıq nümunələridir. Görkəmli söz ustasının kitabı nəşr olunmuş, əsərləri müxtəlif dillərə tərcümə edilərək, xarici oxuculara çatdırılmış, və ilk andan böyük rəğbətlə qarşılanmışdır.
Xəbər verin, ey yaranlar,
Yazılanı pozan varmı?
Sevdiyindən ayrılanlar,
Firqətinə dözən varmı?
Aşiqlər qaçmaz adından,
Ellər yatmaz fəryadından,
Fərhad kimi eşq odundan
Qara dağı qazan varmı?
Gah qaynayıb, gah da coşub,
Kaknus kimi yanıb-bişib,
Yarı ilə başın qoşub,
Həmdəm olub gəzən varmı?
Altmışdan keçəndə salı,
Qalmaz könlündə xəyalı,
Möhtaci der, mənim yalı[3],
Yardan əlin üzən varmı?
İstinadlar
- Большая советская энциклопедия (2 издание)
- Ramiz Əskər, Türkmən şeiri antologiyası (XVII-XIX əsrlər). Bakı, MBM, 2011, 400 s. səh.347.
- Yalı – kimi.