Anna xatun
Anna Meqa Komnini (yun. Άννα Μεγάλη Κομνηνή; Anna Megalē Komnēnē) və ya Anna xatun (Osmanlı türkcəsi: آنا فاتنة, türk. Anna Hatun; 1447, Trabzon – 1463) — Bizans şahzadəsi. O, son Trabzon imperatoru II David və həyat yoldaşı Elena Kantakuzinanın qızı olmuşdur.
Anna xatun | |
---|---|
Doğum tarixi | 1447 |
Doğum yeri | |
Vəfat tarixi | 1463 |
Həyat yoldaşları | |
Atası | II David |
Anna Osmanlı sultanı II Mehmedin xanımlarından biri olmuşdur.
Həyatı
Sultan II Mehmed 1453-cü ildə Konstantinopolu ələ keçirəndə atası onu arvad olaraq təklif etmişdir, lakin Mehmed bu təklifi rədd etmişdir. Buna baxmayaraq, 1461-ci ildə Mehmed Trabzonu fəth etdikdən sonra Annanı hərəminə əlavə etmək qərarına gəlmişdir. Bununla belə, cütlük arasında münasibət qeyri-dəqiqdir. Odur ki, II Mehmedin dövründə artıq bir neçə nəsildir ki, Osmanlı xanədanlığı varisliyə kənar müdaxilələrdən qaçmaq üçün artıq əcnəbi zadəgan qadınlardan uşaq sahibi olmurdu.[1]
1463-cü ildə Mehmed Davidi, onun üç oğlunu və qardaşıoğlu Alekseyi (sonradan II Mehmedin zövcəsi olmuş Aleksandr Komnini və Mariya Qattiluzionun oğlu) sultanın düşmənləri Uzun Həsən və xanımı Dəspinə xatun (Davidin qardaşı, Trabzon imperatoru IV İohannın qızı) ilə əlaqə saxlamaqda ittiham edərək edam etmişdir. Daha sonra Gövhər sultan (II Mehmedin qızı) Uğurlu Məhəmməd ilə (Uzun Həsənin oğlu) evlənir. Oğulları Əhməd bəy Aynişah sultan (II Bəyəzidin qızı və II Mehmedin nəvəsi) ilə evlənmiş, onların iki qızı və bir oğlu olmuşdur. Anna məktub mübadiləsini asanlaşdırmaqda şübhəli bilinirdi, lakin sonda cəzalandırılmamışdır.[2]
Buna baxmayaraq, həmin il Mehmed onu əvvəllər bacısı Fatma xatun ilə evli olan vəziri Zağanos Paşa ilə evləndirmişdir. Bunun müqabilində Mehmed Zağanosun birinci xanımı Sitti Nəfisə xatundan olan qızlarından Xədicə xatun ilə evlənmişdir. Annanın taleyi bəlli deyil. Bəzi mənbələrə görə, Anna dinini dəyişdirmək istəmədiyi üçün həyat yoldaşı tərəfindən öldürülmüş, bəzilərinə görə isə dul qaldıqdan və ya boşandıqdan sonra Elvanbəyzadə Sinan bəy ilə evlənmişdir.[3]
İstinadlar
- "The Rise of the Turks and the Ottoman Empire". 2012-06-28. 2012-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-19.
- Mansel, Philip. Constantinople : city of the world's desire, 1453-1924. London: John Murray. 2006. ISBN 978-0-7195-6880-0. OCLC 829308020.
- Sakaoğlu, Necdet. Bu mülkün kadın sultanları : valide sultanlar, hatunlar, hasekiler, kadinefendiler, sultanefendiler (1. Basım). İstanbul. 2015. ISBN 978-605-171-079-2. OCLC 961810963.
Əlavə ədəbiyyat
- Leslie P. Peirce. The imperial harem : women and sovereignty in the Ottoman Empire (ingilis). Oxford University Press. 1993. OCLC 27811454.
- Yavuz Bahadıroğlu. Resimli Osmanlı tarihi (türk). Nesil yayınları. 2007. OCLC 235010971.