Anna Nevil

Anna Nevil (ing. Anne Neville) (d. 11 iyun 1456 – ö. 16 mart 1485) — İngiltərə kralı III Riçardın xanımı, İngiltərə kraliçası.

Anna Nevil
ƏvvəlkiElizabet Vudvil
SonrakıYorklu Elizabet
Şəxsi məlumatlar
Doğum tarixi 11 iyun 1456 və ya 1456[1]
Doğum yeri
Vəfat tarixi 16 mart 1485 və ya 1485[1]
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
Atası Riçard Nevil
Anası Anna Byuçemp
Həyat yoldaşları Vestminsterli Eduard
III Riçard
Uşağı Midlhamlı Eduard
Ailəsi York sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngiltərə taxt-tacı uğrunda LankasterYork ailələri arasında çıxan Gül müharibəsində mühüm rol oynamış Nevil ailəsinin üzvü olan Anna Nevilin ilk evliliyi atasının planı əsasında baş tutdu. IV Eduarda qarşı üsyan çıxaran atası Riçard Nevil Lankasterləri dəstəkləməyə başladı və yeni müttəfiqlərinin taxt namizədi olan VI Henrinin yeganə oğlu Vestminsterli Eduardla qızını evləndirdi. Bu nikah səbəbilə Uels şahzadəsi ünvanı alan Anna Nevilin ilk evliliyi çox çəkmədi. Vestminsterli Eduard 1471-ci ilin mayında döyüş meydanında həlak oldu.

York kralı IV Eduardın səltənətini yenidən bərpa etməsinin ardından Anna Nevil bağışlanaraq Londona geri çağırıldı və kralın kiçik qardaşı olan Qloçester hersoqu Riçardla evləndi. Üstəlik bacısı İzabella Nevil də kralın digər qardaşı Klarens hersoqu Corcla evli idi. Riçard Plantagenetin 1483-cü ilin iyununda qardaşı oğlunu devirərək hakimiyyəti ələ almasının ardından Anna Nevil də İngiltərə kraliçası oldu. Ancaq 1485-ci ilin martında ərindən 5 ay öncə vəfat etdi. Cütlüyün yeganə övladı olan Midlhamlı Eduard isə cəmi 7 yaşında naməlum səbəblə vəfat etdi.

Mənbə

  • Licence, Amy (15 April 2013). Anne Neville: Richard III's Tragic Queen. Amberley Publishing Limited. ISBN 978-1-4456-1177-8
  • Hicks, Michael (26 August 2011). Anne Neville: Queen to Richard III. History Press. ISBN 978-0-7524-6887-7
  • Turnbull, Stephen R. (1985). The Book of the Medieval Knight. Arms and Armour Press. ISBN 978-0-85368-715-3
  1. A Historical Dictionary of British Women. 2 Routledge, 2003. S. 331. ISBN 978-1-85743-228-2
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.