Anna Karenina (roman)
Anna Karenina (rus. Анна Каренина) — rus yazıçısı Lev Tolstoy tərəfindən yazılmış və ilk dəfə 1873-1877-ci illərdə bölümlər halında nəşr edilmiş roman. Əsərin baş qəhrəmanı olan Anna Kareninanın prototipi A.S.Puşkinin qızı Mariya Qartunq hesab edilir.
Anna Karenina | |
---|---|
rus. Анна Каренина | |
Müəllif | Lev Tolstoy |
Janrlar | roman, Realizm |
Orijinalın dili | rus dili |
Ölkə | |
Orijinalın nəşr ili | 1877 |
Səhifə | 864 (ilk nəşr) |
Əvvəlki | Hərb və Sülh |
Sonrakı | Dirilmə |
Vikianbarda əlaqəli mediafayllar |
Əsər 1870-ci illərdə Rusiyada cəmiyyətin üst sinfinə mənsub olan iki insanın eşqindən bəhs edir. Hadisələr Moskvada, Peterburqda baş verir. Bundan əlavə, L.N. Tolstoy əsərdə Rusiyada patriarxal həyat tərzi qalıqlarının burjua tərəqqisinin təzyiqi altında necə dağıldığını da təsvir edir. Roman çox məqamlarda avtobioqrafik xarakter daşıyır. Əsərin üzərində işləyərkən Tolstoy müasirliyi və öz həyatını yenidən aydınlaşdırmışdır.
Məzmunu
Hissləri dolaşıq düşmüş, həyatda azıb qalmış bir qadın haqqında roman. Onun hər şeyi var: əri, oğlu, evi, sərvəti, adı. Amma, o, heç nəyə baxmadan bunların hamısından imtina edir. O, özünü eşq girdabına atır və bununla da öz həyatını çətinləşdirir.[1]
Romanın başlanğıc cümləsi:
Все счастливые семьи похожи друг на друга, каждая несчастливая семья несчастлива по-своему..
(Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, hər bədbəxt ailə isə özünə görə bədbəxtdir.) |
Adaptasiyalar
Film
- Anna Karenina (film, 1997) Kinorejissor Bernard Rosenin filmi.
- Anna Karenina (film, 2012) Kinorejissor Co Raytın Lev Tolstoyun eyniadlı romanı əsasında çəkilmiş filmi. Beynəlxalq kinopremyerası 2012-ci ildə olmuşdur.
İstinadlar
- "Arxivlənmiş surət". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08.