Anna Boleyn
Anna Boleyn (1507[1][2][…] – 19 may 1536, London qalası) — İngiltərə kraliçası, VIII Henrinin ikinci arvadı, I Yelizavetanın anası.
Anna Boleyn | |
---|---|
ing. Anne Boleyn | |
![]() | |
| |
kraliça-konsort[d] | |
1533 – 1536 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Anne Boleyn |
Doğum tarixi | 1507[1][2][…] |
Vəfat tarixi | 19 may 1536 |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Həyat yoldaşı |
|
Uşaqları | |
|
|
İmzası |
![]() |
![]() |
Həyatı
Anna Boleyn 1507-ci ildə Londonda anadan olub. Öz dövrünə görə mükəmməl təhsil alan Anna 1514-cü ildə ingilis şahzadəsi Mariya Tüdorun rəiyyəti tərkibində Fransaya köçərək Fransız kral sarayında təhsilini davam etdirir. 1520-ci ildə isə siyasi problemlərə görə ingilislər vətənlərinə dönməli olurlar. Onların sırasında 13 yaşlı Anna da olur. Vətənə qayıdan Anna kral sarayında diqqəti gözəlliyi ilə deyil ağlı və davranışı ilə cəlb edir. 1522-ci ildə o ilk dəfə olaraq kral VIII Henrinin gözünə dəyir. Cavan və ağıllı Anna kralı heyran edir, lakin Anna kralın məşuqələrindən biri olmaq istəmir və ona görə də kralın diqqətinə laqeyd qalır. Kral isə ailə həyatından razı deyildi, həyat yoldaşı Araqonlu Ketrin dünyaya oğlan gətirmirdi. Bircə sağ qalan övladları isə Mariya idi[4].


Oğlan arzusunda olan və Annaya vurulan kral boşanmaq qərarına gəlir. O Katolik kilsəsinə boşanma haqda istəyini bildirir. Bunu bilən Anna Krala kiçik bir hədiyyə göndərir. Bu hədiyyə balaca qızıl gəmi və almazdan düzəldilmiş qadın idi. Gəmi — müdafiə, almaz isə sevgi rəmzidir. Krala məktubunda isə Anna ona öz sevgisini söz vermiş və onun qanuni həyat yoldaşı olmağa razılığını bildirmişdir. Katolik dininə görə isə boşanmaq haqda icazəni yalnız Papa verə bilər. Papa isə İspaniya ilə əlaqələri pozmaq istəmirdi, ona görə də kralın nikahını pozmadı. Qəzəblənən Kral Roma ilə bütün əlaqələri kəsir. Kraliçanı dəyişmək arzusunda olan kral ölkənin dinini dəyişir, Anqlikan kilsəsi yaradır və kilsənin başında özü durur. Ketrinlə boşanan kral 1533-cü ildə Anna ilə evlənir. 1533-cü ildə onların ilk övladı Yelizaveta dünyaya gəlir. Kral oğlan arzusunda idi və bu xəbər onu çox məyus edir. Kral Annadan soyuyur. Anna isə öz hakimiyyətindən istifadə edərək Kraliçaya yaraşmayan hərəkətlər edir və sonda düşmənlərinin köməyi ilə kralın gözündən salınır.
Anna Boleyn 1533-cü il 19 mayda dövlətə xəyanətdə günahlandırılaraq edam olunur. Edam olunan kraliçaya bir çox əsərlər ithaf olunub, filmlər çəkilib. Onlardan ən məşhuru Boleyn Bacıları əsəridir.
Ədəbiyyat
- Lindsey K. Divorced, beheaded, survived…, USA, 1995
- Перфильев О. "Жёны Синей Бороды: в спальне Генриха VIII.", М., 1999
- Которн Н. Интимная жизнь английских королей и королев. Откровенное и нелицеприятное изложение фактов из жизни монархов от Генриха VIII до наших дней. − М.: Аст, 1999. − 336 с.
İstinadlar
- Anna Boleyn // Biografisch Portaal. 2009.
- Rey de Inglaterra Ana Bolena, Reina consorte de Enrique VIII // Biblioteca Virtual Miguel de Cervantes (isp.). 1999.
- Kindred Britain.
- Ağıllı bir qadın xəzinədir. Gözəl və ağıllı bir qadın gücdür (az.)