Ankilozavrlar
Ankilozavrlar, zirehli dinozavrlar (Ancylosauria) – quşçanaqlı dinozavrlar dəstəsi. 2 fəsiləsi, 25-dən artıq cinsi, 30-adək növü var. Avropanın Yuxarı Yura və Təbaşir, Şimali Amerika və Mərkəzi Asiyanın, Avstraliya və Antarktidanın Təbaşir çöküntülərindən məlumdur. Rusiyada Amur vilayətinin Təbaşir çöküntülərində aşkar edilmişdir. Bədəninin uzunluğu 2 m-dən 9 m-ədək olmuşdur. Ankilozavrların enli bədəni üstdən lövhələr və ya tikanlar şəklində sümüklərlə (osteodermalar) örtülmüş, bəzi növlərində bunlar bel qurşağı ilə birləşmişdir. Ətrafları qısa və böyükdür. Kəlləsi nisbətən kiçikdir. Çanağın qasıq sümükləri reduksiyaya uğramışdır. Bitkiyeyən quru heyvanları olmuşlar.[1]
Ankilozavrlar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Ankilozavrlar |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 507. ISBN 978-9952-441-02-4.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.