Ankerit
Ankerit – karbonatlar qrupuna aid mineral. Avstriya mineraloqu M. Ankerin (1771–1843) şərəfinə adlandırılmışdır. Tərkibi dolomit kimi ikiqat duz tiplidir – Ca(Fe2+,Mg)[CO3]2. Sinqoniyası triqonaldır. Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi ağ, boz sarımtıl, qonurudur. Şüşə parıltısı var. Sərtliyi – 3,5–4, sıxlığı – 2930–3100 kq/m³. Maqnezium və dəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün ankeritə qonur şpat da deyilir. Kimya və tikinti sənayesində işlədilir.[2]
Ankerit | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) |
CaFe²⁺(CO₃)₂ |
Strunz təsnifatı | V/B.03[1] |
Xüsusiyyətləri | |
Zolaq rəngi | ağ |
Sıxlıq | 3 q/sm³ |
![]() |
İstinadlar
- Ralph J., Nikischer T., Mineralogy H. I. o. Ankerite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 505 – 506. ISBN 978-9952-441-02-4.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.