Ankara qalası
Ankara qalası, Ankara şəhərində yerləşən tarixi qala. Qalanın Bizans İmperiyası dövründə müdafiə məqsədi ilə tikildiyi güman edilir.
Ankara qalası | |
---|---|
39°56′30″ şm. e. 32°51′54″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | Ankara |
Yerləşir | Ankara |
Aidiyyatı |
Roma imperiyası Bizans imperiyası Böyük Səlcuq imperiyası Səlibçilər Osmanlı imperiyası |
Üslubu | Bizans memarlığı |
Rəsmi sayt | ankarakalesi.com |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nə zaman inşa edildiyi tam olaraq bilinmir. Romalıların və Bizanslıların hakimiyyətində olan qala, 1073-ci ildə Səlcuqların əlinə keçmişdir. 1101-ci ildə Xaçlıların əlinə keçirilən qala 1227-ci ildə təkrar Səlcuqluların ərazisinə qatılmışdır. Səlcuqlular dövründə təmir və əlavələr edilən qala Osmanlı dövründə 1832-ci ildə Kavalalı Mehmet Əli Paşanın oğlu İbrahim Paşa tərəfindən təmir edilmişdir.
Qalanın quruluşunda rast gəlinən heykəl, qəbir, sütun başlıqları qalanın tikintisində ətrafda olan materiallardan faydalanıldığını göstərir.
Qalada roma dövrünə aid qalıqlar diqqəti çəksə də böyük ölçüdə Bizans dövründə inşa edilmişdir. İmperator II Consantantinus Xarici qalanı tikdirmişdir. İmperator Isaurili III Leonise qala divarlarını genişləndirərkən daxili qala divarlarını yüksəltmişdir. Bunun ardından İmperator Nikoporos 805-ci ildə, İmperator Bazileus 859-cu ildə bu qalanı təmir etdirmişdir. Qalanın yerdən yüksəkliyi 110 metrdir. Ankara qalası çöl görünüşünə görə daha böyükdür. Ayrıca qala hər il müxtəlif festivallara də ev sahibliyi etməkdədir.