Ankara Demirspor
Ankara Dəmirspor — 16 mart 1932-ci ildə təsis edilmiş və 29 oktyabr 1932-ci ildə təsis edilməsi rəsmi olaraq təsdiqlənmiş türk futbol klubudur. Klubun əsas rəngləri qırmızı-yaşıl idi və bu gün qəbul edilən rənglər ağ-tünd mavidir. Klub Ankarada MKE Ankaragücü və Gənclərbirliyindən sonra qurulan 3-cü klubdur. Yarandığı zaman qırmızı-yaşıl forma olan Ankara Dəmirspor 1933-cü ildə Çankaya komandası ilə birləşdi və formanın rəngi mavi-tünd göyə çevrildi. Uzun müddət ev matçlarını Cebeci İnönü Stadionunda keçirdikdən sonra 2015–16 mövsümündən etibarən Behiçbeydəki klub obyektlərində inşa edilən TCDD Ankara Dəmirspor Stadionunda oynamağa başladı.
Ankara Dəmirspor | |||
---|---|---|---|
Klubun tam adı | Ankara Dəmirspor Klubu | ||
Ölkə | Türkiyə | ||
Ləqəb(lər) | Şimşəklər | ||
Rəng(lər) | Göy-tünd sürməyi | ||
Yaranma tarixi | 29 Oktyabr 1932 | ||
Stadionu |
TCDD Ankara Dəmirspor Stadionu Ankara, Türkiyə |
||
Tutumu | 1.520 | ||
Prezidenti | Kamuran Yazıcı | ||
Baş məşqçisi | Metin Akpunar | ||
Liqa | 2-ci Liqa | ||
2022-23 | 6. | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.