Anime və manqa janrları
Məqsədi auditoriyasına görə
- Kodomo,[1] tam adı kodomomuke manqa (子供向け漫画) və kodomomuke anime (子供向けアニメ) — 12 yaşa qədər olan uşaqlar üçün nəzərdə tutulub. Kodomoda kobudluq və qəddarlıq olmur. Nümunələr: "Maya arı", "Qrendayzer", "Speed Racer".[2]
- Şonen — 12-dən 16-18 yaşına qədər oğlanlar üçün anime. Xususiyyətləri: şoco ilə müqayisədə daha dinamik süjet. Dostluğa, həyata və ya döyüş idman növlərindəki rəqabətə əsaslanır, xeyli gülməli səhnələrdən ibarət olurlar (məsələn, Dragon Ball Z, Rurouni Kenshin).[3] Qızlar oğlanların cəsurluğunu daha aydın göstərmək üçün qəsdən daha gözəl və seksual çəkilirlər (Tenchi Muyo!, Love Hina,Rosario+Vampire).[3] Janraltıları: sentay, spokon (idman və idmançılar haqqda)[2]; harem (bir oğlan və çoxlu qız). Daha yaşlı oğlanlar üçün ayrıca seynen janrı var.
- Şoco — 12-dən 16-18 yaşına qədər qızlar üçün anime.[2] Adətən sevgi hekayəsi olur, personajların obrazlarına da diqqət verilir.[4] Xüsusiyyətləri: çizmə ya qroteskli-yumoristik, ya da incə-romantik olur ("Weiss Kreuz").[4] Janraltıları: Maho Şoco - sehrbaz qızlar haqqında (məsələn, "Seylor Mun").[2] Hərdən qadın harem janrı olur ("Ouran High School Host Club").
- Seynen — 18-dən 25-40 yaşına qədər kişilər üçün anime. Xüsusiyyətləri: psixologiya, satira, erotika və personajlara böyük diqqət ayrılır.[5] Seyneni hərdən södzö ilə səhv salırlar, lakin seynen daha realistik və tünd janrdır ("Maison Ikkoku", "Ghost in the Shell") və romantik hekayə olsa da məzmun onunla bağlı olmur ("Monster", "Berserk"). Nadir hallarda seynen 35-40 yaş arasında olan biznesmenlər üçün nəzərdə tutulur.
- Cosey — qadınlar üçün anime və manqa.[6] Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").
Anturaj və texnoloqiyalara görə
Spesifik janrlar
- Mexa — çətin, yeriyən, adətən prototipləri olmayan mexanizmlər. Adətən bu terminlə "nəhəng insana oxşar döyüş robotları", nəhəng insanla idarə edilən döyüş maşınları izah edirlər (Xam'd: Lost Memories).
Kinematoqrafla bir janrlar
- Kiberpank — hər şeyi kompüter texnoloqiyaları təyin edən gələcək. Bu gələcəkdə hər şey solğun və antiutopik görünür.
- Stimpank (ing. steampunk) — Avropanın XIX əsrinə müvafiq olan alternativ kainat haqqında anime.
- Fentezi — qılınc və sehrbazlığın idarə etdiyi dünyalar haqqda. Fentezidə təkcə insanlar deyl, elflər, cırtdanlar, əjdahalar, qulyabanılar, qabılqanlar və s. olur.
- Elmi fantastika — yaranma tarixində mövcud olmayan texnikanın (ulduzlararası kosmik gəmilər, blasterlər və s.) istifadəsi ilə bağlı anime və manqa.
- Kosmik opera — kosmik gəmilərin aktiv istifadəsini nəzərdə tutan müharibələr haqda.
- Apokalipsis — dünyanın axırı haqqında bəhs edən anime və manqa.
- Postapokalipsis — dünyanın axırından sonraki həyat haqda.
- Romantika — sevgi hekayələri haqda.
- Mistika — digər dünya və fövqəltəbii qüvvələr haqda.
- Slice of live — adi insanlar adi həyatı haqda.
- Komediya — yumoristik və satirik səhnələr ilə dolu anime və manqa.
- Dram — insanın şəxsi həyatı və cəmiyyətlə olan münaqişəsi haqda.
- Detektiv — hər hansı cinayət və ya hadisələrin tədqiqatı və istintaqı haqda.
- Döyüş — dava-dalaş, atışma, qovalama və s. səhnələrlə dolu janr.
Digərlər
- Samuray döyüş filmi — samuraylar və onların komandası haqda.
- Döyüş sənətləri — müxtəlif döyüş növləri ustalarının qarşıdurması haqda.
- Dobutsu — insana oxşar "tüklü" məxluqlar haqqda anime. "Dobutsu" (yap. 動物) yapon dilindən "heyvan" kimi tərcümə olunur. Dobutsuya "neko" (pişik), "kitsune" (tülkü), "usaqi" (dovşan) və s. aiddir.
- Aydol — pop ulduzlar və musiqi biznesi haqda.
- Otaku — otakuların həyatı haqda.
- Hentay/Eççi — müvafiq olaraq pornoqrafik və ya erotik anime.[2]
- Yaoy — adətən qadınların üçün nəzərdə tutulan kişi homoseksual münasibətlər haqda bəhs edən anime və manqa.
- Bara — adətən kişilər üçün nəzərdə tutulan kişi homoseksual münasibətlər haqda bəhs edən anime və manqa.
- Yuri — adətən kişilər və oğlanlar üçün nəzərdə tutulan qadın lezbiyan münasibətlər haqda anime və manqa.
- Şoco-ay — qızların biri-birinə sevgisi haqda anime. Yuridən fərqli olaraq səmimi səhnələr olmur.
- Şonen-ay — oğlanların biri-birinə sevgisi haqda anime. Yaoydan fərqli olaraq səmimi səhnələr olmur.
- Psixoloji triller — insan ruhunun çəkdiyi əzab-əziyətlər haqda anime. Belə animelərin qəhrəmanları çətin vəziyyətə düşdükdə qeyri-adi psixoloji dəyişikliklərə məruz qalırlar.
- Parapsixologiya — parapsixoloji (telepatiya, telekinez, hipnoz) qüvvələr haqqda anime.
- Sosial film — cəmiyətin aktual problemləri haqqda bəhs edən anime. Rüşvətxor siyasətçilər, məmurlar, həmkarlar ittifaqı liderləri, gecikdirilən maaşlar və s. sosial filmlərin əsas məzmunudur.
İstinadlar
- "Lexicon: Kodomo" (ingilis). Anime News Network. 2018-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.
- "Статьи о Японии. Жанры аниме". Fushigi Nippon - Загадочная Япония. 2012-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.
- "Lexicon: Shōnen" (ingilis). Anime News Network. 2008-12-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.
- "Lexicon: Shōjo" (ingilis). Anime News Network. 2008-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.
- "Lexicon: Seinen" (ingilis). Anime News Network. 2012-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.
- "Lexicon: Josei" (ingilis). Anime News Network. 2011-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-11-29.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.