Ani Lorak

Ani Lorak (ukr. Ані Лорак; əsl adı: Karolina Miroslavovna Kuek – ukr. Кароліна Мирославівна Куєк; 27 sentyabr 1978, Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ) – Ukrayna estrada müğənnisi, Ukraynanın xalq artisti (2008).[3]

Ani Lorak
Karolina Miroslavovna Kuek[1]
Ümumi məlumatlar
Doğum adı Кароліна Мирославівна Куєк
Doğum tarixi
Doğum yeri Kitsman, Çernovitsk, Ukrayna SSR, SSRİ
Vətəndaşlığı  SSRİ
 Ukrayna
Uşağı 1
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, müəllim, şair, bəstəkar, fotomodel, aktrisa, televiziya aparıcısı, biznesmen, sahibkar
Fəaliyyət illəri 1992-h.h.
Janrlar pop musiqisi, pop-rok, sinti-pop, dans-pop, soul, dip haus[d], elektronik musiqi
Musiqi aləti Fortepiano[2]
Əlaqələri Lavina Music (1998—2008)
Mun Rekords (2008-indiyədək)
Mükafatları Ukraynanın əməkdar və xalq artisti
İmzanın şəkli
anilorak.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Ani Lorak 27 sentyabr 1978-ci ildə Ukraynanın Çernovitsk vilayətinin Kitsman şəhərində anadan olmuşdur. O, 10 albom, 2 sinql, 1 bioqrafik videofilm və 24 videoklipin sahibidir.

Ən böyük uğuru 2008-ci ildə Ukraynanı Avroviziya Mahnı Müsabiqəsində "Shady Lady" mahnısı ilə təmsil edərək qazandığı 2-ci yerdir.
Ani Lorak 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin aparıcısı olmuşdur. Türk iş adamı ilə evli olub boşanmışdır və bu evlilikdən bir qızı var.

Ümumi

Ani Lorakın şəkli "Cosmopolitan", "FHM", "Viva" kimi jurnalların üz qabığını bəzəmişdir. Ani Lorak həmçinin "Schwarzkopf & Henkel" kosmetik firmanın siması sayılır. Müğənni xeyirxah işlərlə də məşğul olmağı unutmur. Məhz Ani Lorak BMT-nin HİV/AİDS problemləri üzrə Ukraynadakı xoşməramlı səfiridir. Kiyevdə ona məxsus "Angel" ("Mələk") restoranı da fəaliyyət göstərir. Onun repertuarı ukrayna, rus və ingilis dillərində olan 100-ə yaxın mahnıdan ibarətdir. Müğənninin götürdüyü təxəllüsü tərsinə oxuduqda onun əsl adını öyrənmək olar.

Ani Lorak Moskvada (2009-cu il)

Əslində müğənni 2005-ci ildə Kiyevdə keçirilən müsabiqədə öz ölkəsini təmsil edə bilərdi. Seçim turlarında əsas favorit sayılsa da o vaxt Ukraynada baş verən "Narıncı inqilab" müğənninin planlarını pozdu. Belə ki, inqilabdan sonra hakimiyyətə gələn baş nazir Vitali Tomenkonun təşəbbüsü ilə inqilabı fəal dəstəkləyən rok-qrup kimi tanınan "Qrincolı" qrupu seçim mərhələlərində iştirak etmədən dərhal milli final mərhələsinə qatıldı və burada gözlənilmədən sms səsvermədə favorit Ani Lorakı arxada qoyaraq, Ukraynanı müsabiqədə təmsil etmək hüququ əldə etdilər. Buna baxmayaraq, onlar müsabiqədə uğursuzluğa düçar oldular. 25 may 2008-ci ildə Ukraynanın baş naziri Yuliya Timoşenko Ani Lorakı Avroviziya Mahnı Müsabiqəsindəki 2-ci yer qələbəsi münasibətilə təbrik etdi: "Səni ürəkdən Avroviziya Mahnı Müsabiqəsindəki qələbə münasibətilə təbrik edirəm. Bəli, məhz qələbə. Mən bilirəm ki, sən birinci idin, sadəcə Avropa barışa bilməzdi ki, Ukrayna 4 il ərzində müsabiqəni 2 dəfə keçirsin." 2-ci yeri qazanmış Ani Loraka və mahnının müəllifi Filipp Kirkorova Ukrayna prezidenti Viktor Yuşşenko tərəfindən "xalq artisti" adı verilmişdir.

İstinadlar

  1. "Ані Лорак (Куєк Кароліна)". Буковинська правда (ukrayna). 2008-08-26. 2014-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.
  2. "Задай вопрос Ани Лорак!". 2015-09-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  3. Віктор ЮЩЕНКО. "Указ Президента Украины № 482/2008 О присвоении К.Куек (А.Лорак) почетного звания «Народный артист Украины»". Официальное представительство Президента Украины (ukrayna). 2008-05-29. 2014-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-13.

Xarici keçidlər

Əvvəlki:
Verka Serduçka
Ukrayna Avroviziya Mahnı Müsabiqəsində
2008
Sonrakı:
Svetlana Loboda
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.