Angvilkimilər

Angvilkimilər (lat. Anguilliformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi.

Angvilkimilər
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
Dəstəüstü:
Elopomorpha
Dəstə:
Angvilkimilər
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  161123
NCBI  7933
EOL  8280
FW  35343

Uzunluğu 3 m-ədək, çəkisi 65 kq-a qədər, səciyyəvi ilanvarı bədən forması olan sümüklü balıqlardır. Qarın üzgəcləri yoxdur, bel, quyruq və anal üzgəcləri bitişik haşiyə şəklində lent əmələ gətirir. Döş üzgəcləri enli, ancaq gödəkdir.Bədəni, başı və üzgəcləri çox xırda pulcuqlarla örtülmüşdür. Belində və böyürlərində pulcuqlar ziqzaqvarı, dama-dama parket şəklində, qarnında isə paralel sıralarla yerləşir. Pulcuqlar bir çox balıqlarda olduğu kimi bir-birinin üstünə çıxmır, sərbəst yerləşir və dərinin içinə girir. Qarın üzgəcləri yoxdur. Döş üzgəcləri enli və gödəkdir. Anqvillərin 24 fəsilədə birləşən 300-dək tropik dəniz növü məlumdur. Şirin sularda 1 fəsilənin 7 (anguillidae) nümayəndəsi yaşayır. Anguillidae fəsiləsinin başı yüngülcə basıq, alt çənəsi bir qədər irəli və yuxarı çıxmışdır. Dodaqları ətlidir, qəlsəmələri dərili pərdə ilə örtürülüb. Ağzı kiçik, ucdur. Çənələrində və xış sümüyündə sıra sıra xırda dişlər yerləşmişdir. Fəsilədə 1 cins və 3 növ olur. Azərbaycan sularında (Qızılağac körfəzi) 1964-cü ildən çay angvili (A. anguilla L.) adlı 1 növünə rast gəlmək olur. 12 ilədək yaşayır. Əksəriyyəti yırtıcıdır, bəziləri parazit həyat keçirir. Cinsi yetkinliyə 5–9 yaşlarında çatır və kürüləmək üçün dənizə, sonra Atlantik okeanına keçir. Gecələr qidalanır. Əti dadlı və çox yağlıdır (28–32% yağ). Daxili sularda qiymətli balıqçoxaltma obyektidir.[3]

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Eschmeyer W., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A  Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 516. ISBN 978-9952-441-02-4.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.