Angeln
Angeln yarımadası (alm. Angeln, dan. Angel, lat. Anglia) — Yutlandiyanın şərqində yerləşən yarımada. Şimaldan Flensburq, cənubdan Şley fiordları ilə əhatələnir. Müasir Almaniyanın şimal-şərqində yerləşən Şlezviq-Holşteyn vilayətinə daxildir.
Angeln yarımadası | |
---|---|
Yerləşməsi | |
54°40′00″ şm. e. 9°40′00″ ş. u. | |
Akvatoriya | Baltik dənizi |
Ölkə | Almaniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Anqlların ehtimal edilən tarixi vətənidir. Xalqların böyük köçü dövründə, III əsrdən başlayaraq V əsrin ortalarına kimi qonşu alman tayfaları sakslar, yutlar, frizlər o zaman əsasən xristianlaşdırılmış Roma kelt qəbilələri ilə birlikdə Böyük Britaniya adalarına köçürüldülər. Yerli əhalini sıxışdıran anqllar orada üç krallıq yaratdı: şimali anql — Nortumbriya, orta anql — Mersiya və Şərqi İngiltərə. Eramızın VII—X əsrlərində anqllar və sakslar vahid anqlosaks adı altında müasir ingilis millətini əmələ gətirmişdir.
Coğrafiya
Şimaldan Danimarka ilə sərhədlənir. Relyefi buzlaq dövrünə auid moren təpələrdən ibarətdir. Ərazidə əsasən fıstıq meşələri ilə örtülmüşdür.
İqtisadiyyat
Yarımada ərazisində kənd təsərrüfatı yayılmışdır. Əsasən ev donuzu və anqler cinsi inəklər saxlanılır.
Mənbə
- Bede, ca 731 A.D., Ecclesiastical History of the English Nation
- Anglo-Saxon Chronicle, ca 890 A.D. Arxivləşdirilib 2006-04-21 at the Wayback Machine
- Angeln cattle
- Tourism in Angeln
- Cinarchea (Archaeological films of Schleswig-Holstein) Arxivləşdirilib 2006-09-10 at the Wayback Machine
- County and Municipal Flags (Schleswig-Holstein, Germany)
- Genealogy in Schleswig-Holstein, Germany