Anett Dyer
Anett Dyer (10 dekabr 1981, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu.[1]
Anett Dyer | |||||||
---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | |||||||
Tam adı | Anett Dyer | ||||||
Vətəndaşlığı | Macarıstan | ||||||
Doğum tarixi | |||||||
Boyu | 172 sm. | ||||||
Su poloçusu məlumatları | |||||||
Mövqeyi | Oyunçu | ||||||
Karyerası | |||||||
|
Karyerası
Anett Dyer, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu.
Daha sonra Anett Dyer, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
İstinadlar
- "Anett Dyerin tərcümeyi-halı". www.olympedia.org ( (ing.)). 24.07.2020. 2021-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.07.2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.