Andris Berzinş
Andris Berzinş (latış. Andris Bērziņš; 10 dekabr 1944[1]) — Latviyalı Dövlət və Siyasət Xadimi. Latviya Respublikasının 8-ci Prezidenti (2011–2015). Sahibkar, milyoner.
Andris Berzinş | |
---|---|
latış. Andris Bērziņš | |
| |
8 iyul 2011 – 7 iyul 2015 | |
Əvvəlki | Valdis Zatlers |
Sonrakı | Raymonds Veyonis |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 dekabr 1944[1] (79 yaş) |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, bankir |
Həyat yoldaşı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Təhsili
1958-ci ildə — Nitaur orta məktəbini bitirib.
1971-ci ildə — Riga Politexnik İnstitutunu radio mühəndisi ixtisası ilə bitirib.
1988-ci ildə — Latviya Dövlət Universitetini sənaye planlaşdırma ixtisası üzrə bitirib.
Sovet dövründə karyera
1970-ci ildən — mühəndis, daha sonra — "Elektron" müəssisəsinin direktoru. Sovet İttifaqı Kommunist Partiyasının üzvü idi[2].
1988-ci ildən — Latviya SSR Xalq xidmətləri nazirinin müavini. Xalq Deputatları Şurasına və Valmiera bölgəsinin icra komitəsinə rəhbərlik etdi.
1990-cı ildə Latviya Ali Şurasına seçildi, Latviya Xalq Cəbhəsi fraksiyasında çalışdı. 4 may 1990-cı il müstəqilliyin bərpasına səs verdi.
Müstəqil Latviya dövründə karyerası
1993-cü ildə — Latviya Bankında özəlləşdirmə fonduna rəhbərlik etmişdir.
1993–2004-cü illərdə — "Latvijas Unibanka" ASC -nin prezidenti.
dekabr 2006-cı il — aprel 2009-cu ildə — Latvenergo İdarə Heyətinin sədri.
2006–2010-cu illərdə könüllü olaraq Ticarət və Sənaye Palatasının prezidenti vəzifəsində çalışıb.
AS Unibanka[3] Skandinaviska Enskilda Bankının prezidentinin müşaviri olaraq çalışdı.
Təqaüdə çıxdıqdan sonra Berzins yenidən aktiv siyasətə qayıtdı. 2005-ci ildə Yaşıllar və Kəndlilər Birliyindən Riga Şəhər Şurasına namizəd oldu[4].
2 noyabr 2010-cu ildən — Latviya 10-cu Seyminin Deputatı və fraksiyanın üzvü. 4 noyabr 2010-cu ildən — üzv, 8 noyabrdan isə Seymin İqtisadi, Kənd Təsərrüfatı, Ekoloji və Regional Siyasət Komitəsinin sədri. 4 noyabr 2010-cu ildən — Seym Sorğuları Komissiyasının üzvü. 17 mart 2011–25 may 2011-ci illərdə —Parex Banka ASC-nin qanunsuz olaraq alındığı və yenidən qurulduğu ilə əlaqədar Parlament İstintaq Komissiyasının üzvü.
İstinadlar
- Andris Bērziņš // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag
- Алексеев, Юрий Георгиевич (политик) Судьба президента Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine DELFI
- Rīgas Dome. Zaļo un Zemnieku savienība. Andris Bērziņš Arxivləşdirilib 2016-05-05 at the Wayback Machine (latış.)
- Список СЗК на выборах в Рижскую думу в 2005 г. Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine (latış.)
- "Латвию возглавил крепкий хозяйственник". 2011-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.
- Президентом Латвии стал Андрис Берзиньш.
- "Экс-банкир, мультимиллионер Берзиньш стал главой Латвии". 2013-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-30.