Andrey Stadnik
Andrey Vladimiroviç Stadnik (d. 15 aprel 1982) — Ukraynanı təmsil edən sərbəst güləşçi. Andrey Stadnik Ukraynanı 2008 Pekin Olimpiadasında təmsil etdi və gümüş medal qazandı.
Andrey Stadnik | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | Ukrayna |
Doğum tarixi | |
Boyu | 172 sm |
İdman növü | Güləş |
Həyatı
Andrey Stadnik 15 aprel 1982-ci ildə anadan olub. Andrey Stadnikin bacısı Yana Stadnik 48 kiloqram çəki dərəcəsində yarışan güləşçidir.
Andrey Stadnik 2007-ci il 25 dekabrda Azərbaycanlı güləşçi Mariya Stadnik ilə ailə həyatı qurdu; İqor (d. 2010) adlı bir oğlu və Mia (d. 2013) adlı bir qız övladı var.
Karyerası
Andrey Stadnik 2008-ci ildə Ukraynanın bayrağı altında Çinin Pekin şəhərində XXIX Yay Olimpiya Oyunlarına qatıldı. 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Andrey Stadnik finala gədər Birləşmiş Ştatların güləşçisi Douq Şvabı 6:0, Hindistanlı Suşil Kumarı 8:1, Belaruslu Albert Batırovu 8:6 və Qazaxıstanlı Leonid Spiridonovu 3:0 hesabları ilə məğlub etdi. Finalda isə Andrey Stadnik Türkiyə güləşçisi Ramazan Şahinə 5:6 hesabı ilə məğlub olaraq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.