Andrey Babayev

Andrey Avanes oğlu Babayev — 27 dekabr 1923-cü ildə Azərbaycan SSR Martuni (Xocavənd) rayonunun Msmna kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinifini bitirmişdir. 1958-ci ildə Əməkdar İncəsənət Xadimi Fəxri adına layiq görülmüşdür. "Oktyabr" (1947), "Partiya haqqında mahnı" (1954), "Qartal qalası" (1957), "Bağdasar dayı" (1964) kantatalarının, bir çox simfonik əsər və mahnıların, Azərbaycan xalq çalğı alətləri orkestri üçün 2 süitanın, kinofilmlərə musiqinin və s. əsərlərin müəllifidir. Andrey Babayevin yaradıcılığı Azərbaycan xalq musiqisinə əsaslanır. "Pıçıldaşın, ləpələr", "Nazəndə sevgilim", "Bakılı qız", "Kimlər gəldi, kimlər getdi" kimi populyar mahnılar yazmışdır. O, Tacik, Türkmən, Hind və b. xalq melodiyaları da işləmişdir. 21 oktyabr 1964-cü ildə Moskvada vəfat etmişdir.

Andrey Babayev
erm. Անդրեյ Հովհաննեսի Բաբաև
Ümumi məlumatlar
Doğum adı Andrey Avanes oğlu Babayev
Doğum tarixi
Doğum yeri Msmna, Dağlıq Qarabağ Muxtar Vilayəti, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (40 yaşında)
Vəfat yeri Moskva
Dəfn yeri
  • Moskva erməni qəbiristanlığı[d]
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Janr opera
Təhsili
Mükafatları "Qafqazın müdafiəsinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
Ermənistan SSR əməkdar incəsənət xadimi

Mahnıları

Xarici keçidlər

http://www.kino-teatr.ru/kino/composer/sov/33985/bio/

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.