Andrea Pirlo
Andrea Pirlo — (it. Andrea Pirlo; 19 may 1979[1][2][…], Breşiya, Lombardiya[3]) — peşəkar italyan futbolçusu, Nyu-York Siti klubunun və İtaliya milli komandasının yarımmüdafiəçisi. Dünyanın ən yaxşı pleymeykerindən biri. Cərimə zərbələrinin, uzun və qısa ötürmələrin ustası. Meydanda oyunu incə görmə xüsusiyyətinə malikdir.
Andrea Pirlo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
it. Andrea Pirlo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 19 may 1979[1][2][…] (44 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 177 sm[4] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çəkisi | 68 kq[4] | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Fatih Karagömrük | ||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Karyesını bitirdikdən sonra məşqçilik karyerasına başlayan Pirlo Yuventus-23 , Yuventus , Karagümrük kimi klublarla çalışmışdır.Hal-hazırda Sampdoria klubunda çalışır.
Həyatı
Andrea öz ilk sevgisi və gələcək həyat yoldaşı Debora ilə 18 yaşında tanış olub. "İnter"də çıxış etdiyi üçün Andrea Debora ilə çox nadir hallarda görüşə biliblər. Bütün buna baxmayaraq 2001-ci ilin yayında onlar evlənirlər. Cütlüyün ilk uşaqı Nikkolo Breşiyada doğulur. 2006-cı ildə Pirlo ikinci dəfə ata oldu, onun Angela adlı qız övladı dünyaya gəldi. Pirlo ailəsi ilə mediadan uzaq durmağı üstün tutur.
Klub karyerası
16 yaşında "Breşiya" klubunun heyətində A Seriyasında debüt edib yaxşı oyun göstərərək 1998-ci ildə "İnter" klubuna transfer olunub. Yaxşı oyun sərgiləməsinə baxmayaraq, əsas heyətdə yer tapa bilməyib. Əsas heyət rəqibləri isə Roberto Bacco, Yuri Corkaeff və Alvaro Rekoba idi. 1999–2000-ci illər mövsümündə "İnter" Pirlonu icarə əsasında "Recina" klubuna verir. Yaxşı oyun göstərən Andrea növbəti mövsümü yenidən "İnter"də başlayır. Yeni məşqçisi ilə ortaq dil tapa bilməyən oyunçu 2001-ci ildə 10 milyon dollar qarşılığında "Milan" klubuna transfer olunur. Burada o, özünü müstəqil və əsas heyət oyunçusu kimi göstərməyi bacarır. O, Milanın heyətində 284 oyun keçirib və həmin oyunlarda 30-dan çox qol vurub, iki dəfə isə Çempionlar Liqasının qalibi olub.
18 may 2011-ci ildə Andrea Pirlo mövsüm sonunda "Milan"dan ayrılacağın açıqladı.[5] Altı gün sonra, 24 mayda, "Yuventus" Pirlo ilə üç illik müqavilə imzaladı. Andreadan yeni komandada çox şey gözləyirdilər, lakin o, bütün gözləntiləri üstələməyi bacardı. İlk oyundan etibarən o, oyun qurulmasını öhdəsinə götürdü. Bir neçə təcrübədən sonra, Antonio Konte Pirlo ilə yarımmüdəfiədə üçlü orta xətt sxemi yaratdı ki, bu müdəfiə xəttində də Pirlo oyun qurucusu və dayaq yarımmüdəfiəçi rolunu oynayırdı. Demək olar ki, "Yuventus"un hər bir hücumunda Pirlonun əli var idi. A Seriyasının 35 oyununda Pirlo 3 qol və 13 məhsuldar ötürmə ilə yadda qaldı. Pilro ümumilikdə 2643 ötürmə etdi. Ötürmələrin dəqiqliyi 86,8% təşkil edirdi. Avropada bu göstəricidə onu yalnız Xavi üstələməyi bacarır.
Millidə çıxışları
İtaliya milli komandasında ilk oyununu 7 sentyabr 2002-ci ildə Azərbaycana millisinə qarşı keçirmişdi. Avro 2004 ikinci oyunda, o, möhkəm və birmənalı şəkildə milli komandanın mərkəzində yer tuturdu.
2000-ci ildə o gənclər arasında Avropa çempionatında birinci olur, 2004-cü ildə Pirlo Afina Olimpiya Oyunlarında bürünc medal alır, 2006-cı ildə isə o, Dünya çempionu olur.
2006-cı ilin Dünya Çempionatında , o ilk qolunu Qana ilə oyunda vurur. Yarım finalda onun Fabio Qrossoya etdiyi gözəl ötürmə futbol fanatlarının yadında uzun müddət qalacaq. Dünya Kubokunun final oyununda o küncdən Marko Materazziyə dəqiq ötürmə etmiş və Marko hesabı bərabərləşdirmişdi, oyundan sonra penaltidə o qol vurmaqla bir dəqiqə sonra karyerasının ən böyük nailiyyətini əldə edir — dünya çempionatında qızıl medal qazanır.
Avro 2008-ci ilin dörddə bir mərhələsindəki İspaniya millisə qarşı oyunundan başqa bütün oyunlarda iştirak edib.
Avro 2012-də Pirlo gümüş medal qazanır. O çempionatda "Azzurri"nin heyətində bütün oyunlarında (6 oyun) iştirak edib. 24 iyunda İtaliya yığması İngiltərə ilə dörddəbir mərhələsində qarşılaşırdı, oyundan sonra penaltilər seriyasında Pirlo "Panenko" sayağı zərbə ilə Co Hartın qapısına yol tapdı. Finalda İtaliya 0 – 4 hesabı ilə İspaniyaya məğlub olmuşdu.
Mükafatlar və nailiyyətləri
Nailiyyətləri
"Breşiya"
- B seriası (1): 1996/97
- Ümumilikdə: 1 kubok
"Milan"
- Italiya çempionı (2): 2003/2004|2003/04, 2010/2011|2010/11
- İtaliya kubokunun qalibi (1): 2002/03
- İtaliya Superkubokunun qalibi (1): 2004
- Çempionlar Liqasının qalibi (2): 2002/03, 2006/07
- Cempionlar Liqasının finalçısı (1): 2004/05
- UEFA supekubokunun qalibi (2): 2003, 2007
- FİFA Klublararası Dünya Kubokunun qalibi (1): 2007
- Ümumilikdə: 8 kubok
"Yuventus"
- Italiya çempionı (3): 2011/12, 2012/13, 2013/14
- İtaliya Kubokunun finalçısı (1): 2011/12
- İtaliya Superkubokunun qalibi (2): 2012, 2013
- Ümumilikdə: 5 kubok
- 21 yaşa gədər Avropa Çempionatı qalibi: 2000
- Afina 2004 yay olimpiya oyunlarının bürünc medal sahibi
- 2006 Dünya Çempionatının qalibi
- Avro 2012 2-ci yer sahibi
- FİFA Konfederasiyalar Kubokunun Bürünc medal sahibi: 2013
Şəxsi mükafatlar
- FİFA "Bürünc top" sahibi [[ Dünya Çempionatı 2006 üçüncü ən yaxşı futbolçusu);
- FİFPro yığmasına daxildi: 2006
- İtaliyada ilin futbolçusu (2): 2012, 2013
- İlin ən yaxşı italiyalı futbolçusu (2): 2011/12, 2012/13
- "Yuventus"da ilin ən yaxşı futbolçusu (1): 2011/12
- UEFA simvolik yığmasına daxildi: 2012
- Premio Bulgarelli Number 8 mükafatının sahibi
- Gaetano Şirea mükafatının laureatı(2013)
Statistika
Mövsüm | Klub | Liqa | Kubok | Avrokuboklar | Digər[6] | Ümümilikdə | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
ÇL | UK | ||||||||||||
Oyular | Qollar | Oyular | Qollar | Oyular | Qollar | Oyular | Qollar | Oyular | Qollar | Oyular | Qollar | ||
1994/95 | Breşiya | 1 | 0 | — | — | — | — | — | — | — | — | 1 | 0 |
1995/96 (B) | — | — | — | — | — | — | — | — | — | — | — | — | |
1996/97 (B) | 17 | 2 | 1 | 0 | — | — | — | — | — | — | 18 | 2 | |
1997/98 | 29 | 4 | 1 | 0 | — | — | — | — | — | — | 30 | 4 | |
1998/99 | İnter | 18 | 0 | 5 | 0 | 7 | 0 | — | — | — | — | 30 | 0 |
1999/00 | — | — | — | — | — | — | — | — | — | — | — | — | |
Recina | 28 | 6 | 2 | 0 | — | — | — | — | — | — | 30 | 6 | |
Ümumilikdə "Recina"da | 28 | 6 | 2 | 0 | — | — | — | — | — | — | 30 | 6 | |
2000/01 | İnter | 4 | 0 | 1 | 0 | 2 | 0 | 1 | 0 | — | — | 8 | 0 |
Breşiya | 10 | 0 | — | — | — | — | — | — | — | — | 10 | 0 | |
Ümumilikdə "İnter"də | 22 | 0 | 6 | 0 | 9 | 0 | 1 | 0 | — | — | 38 | 0 | |
Ümumilikdə "Breşiya"da | 57 | 6 | 2 | 0 | — | — | — | — | — | — | 59 | 6 | |
2001/02 | Milan | 18 | 2 | 2 | 0 | — | — | 9 | 0 | — | — | 29 | 2 |
2002/03 | 27 | 9 | 2 | 0 | 13 | 0 | — | — | — | — | 42 | 9 | |
2003/04 | 32 | 6 | — | — | 9 | 1 | — | — | 3 | 1 | 44 | 8 | |
2004/05 | 30 | 4 | 1 | 0 | 12 | 1 | — | — | — | — | 43 | 5 | |
2005/06 | 33 | 4 | 4 | 0 | 12 | 1 | — | — | — | — | 49 | 5 | |
2006/07 | 34 | 2 | 4 | 0 | 14 | 1 | — | — | — | — | 52 | 3 | |
2007/08 | 33 | 3 | 1 | 0 | 8 | 2 | — | — | 3 | 0 | 45 | 5 | |
2008/09 | 26 | 1 | — | — | — | — | 3 | 1 | — | — | 29 | 2 | |
2009/10 | 34 | 0 | 1 | 0 | 8 | 1 | — | — | — | — | 43 | 1 | |
2010/11 | 17 | 1 | 3 | 0 | 5 | 0 | — | — | — | — | 25 | 1 | |
Ümumilikdə "Milan"da | 284 | 32 | 18 | 0 | 81 | 7 | 12 | 1 | 6 | 1 | 401 | 41 | |
2011/12 | Yuventus | 37 | 3 | 4 | 0 | — | — | — | — | — | — | 41 | 3 |
2012/13 | 32 | 5 | 2 | 0 | 10 | 0 | — | — | 1 | 0 | 45 | 5 | |
2013/14 | 30 | 5 | 1 | 0 | 13 | 2 | — | — | 1 | 0 | 45 | 7 | |
Ümumilikdə "Yuventus"da | 99 | 13 | 7 | 0 | 23 | 2 | 0 | 0 | 2 | 0 | 131 | 15 | |
Məşqçilik Karyerası
İstinadlar
- Andrea Pirlo // Transfermarkt (çd.). 2000.
- ANDREA PIRLO // Argentine Soccer Database (isp.).
- http://calcio-seriea.net/scheda_giocatore/2017/625/.
- UEFA.com (ing.). 1998.
- "Пути "Милана" и Пирло разошлись". Eurosport. 2012-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 avqust 2014.
- UEFA Superkuboku, Qitələrarası Kubok, FİFA Klublararası Dünya Kuboku, İtaliya Superkuboku
Xarici keçidlər
- Oyunçunun statistikası Footballdatabase
- Oyunçunun statistikası Fussballdaten
- Məşqçilik karyerası https://www.transfermarkt.world/andrea-pirlo/profil/spieler/5817