Andraşi prospekti
Andraşi prospekti (və yaxud Andarşşi, mac. Andrassy út) — Macarıstanın parad prospekti. Onun möhtəşəm zərif görünüşünə görə, prospekt, Budapeştin Yelisey bağları adlanır. Avstriya-Macarıstan Xarici İşlər naziri Dyüla Andraşının adını daşıyır. Andraşi prospektində, kontinental Avropanın ən qədim metrosunun ilk xətti çəkilmişdir.
Andraşi prospekti | |
mac. Andrassy út [* 1] | |
Ölkə | |
---|---|
Tip | Mədəni |
Kriteriya | (ii)[d], (iv)[d] |
Keçid | 400-002 |
Daxil edilməsi | 1987 (11 sessiya) |
Genişləndirilməsi | 2002 |
|
|
Andrassi prospekti, 1896-cı ildə memar Mikloş İblin möhtəşəm layihəsinə əsasən, Edön Lexner də daxil olmaqla, həmin dövrün bir çox görkəmli memarlarının iştirakı ilə, vətənlərinin Macarlar tərəfindən əldə edilməsinin minilliyin qeyd olunması ilə əlaqədar olaraq inşa edilmişdir. 1956-cı ilin inqilabi ilində Molodezinin prospektinə çevrilib, sonra 1989-cu ilədək Xalq Cəbhəsi adlandırıldı. 2002-ci ildə Andrassi prospekti UNESCO-nun Dünya İrs Siyahısına yazılmışdır.
Əsas görməli yerləri
- Macar dövlət opera teatrı
- Dreksler sarayı
- Paris univermağı
- Terror muzeyi
- Ferens List adına Memorial və Araşdırma Mərkəzi
- Budapeşt kukla teatrı
Ədəbiyyat
- Венгрия. Издательство "Вокруг света", 2009 ISBN 978-5-98652-226-5
- Михаэль Херл. Будапешт. Издательство Polyglott, 1996 ISBN 5-88395-021-3
- А. Сегеди. Проспект Андрашши // Будапешт. Жемчужина Дуная (2000 nüs.). М.: Вече. под ред. И. В. Осанова. 2012. 150–151. ISBN 978-5-9533-5872-9.