Andraş Hegedüş
Andraş Hegedüş (mac. András Hegedüs, 31 oktyabr 1922[2] – 23 oktyabr 1999[2][3], Budapeşt[1]) — Macar dövlət xadimi. 1955–1956-cı illərdə Nazirlər kobinetinin sədri vəzifəsində çalışmışdır. 28 oktyabr 1956-cı ildə Macar inqilabından sonra SSRİ-ə qaçmış, 1958-ci ildə geri qayıtmışdır.
Andraş Hegedüş | |
---|---|
András Hegedüs | |
Macarıstan Xalq Cumhuriyyəti Nazirlər Kobinetinin Sədri | |
18 aprel 1955 – 24 oktyabr 1956 | |
Əvvəlki | İmre Nad |
Sonrakı | İmre Nad |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Silşarkan, Macarıstan |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Budapeşt, Macarıstan |
Dəfn yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi, sosioloq |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1922-c il oktyabrın 31-də Macarıstanın Silşarkan (mac. Szilsárkány) şəhərində anadan olmuşdur.[4] Orta məktəbi Evanjelist Akademiyasında başa vurduqdan sonra 1942-ci ildə Budapeşt Texniki Universitetinə daxil olmuşdur. Burada dəmiryolu mühəndisliyi fakültəsində təhsil almışdır. Universitet illərində yeraltı kommunist hərəkatına qoşulmuş nəticə də həbs edilmişdir. 1944-cü ilin avqust ayına qədər ev dustağı olsa da, noyabr ayında qaçmağa müvəffəq olmuşdur. 24 iyun 1945-ci ildə müvəqqəti hökumətin yaradılmasında rol oynamışdır. 1947-ci ildə Suzanna Hölzel ilə evlənmiş, bu evlilikdən 6 övladı dünyaya gəlmişdir.
Siyasi fəaliyyəti
1948-ci ildən etibarən Macarıstan Zəhmətkeşlər Partiyasında rəhbər vəzifələrdən birini tutmuşdur.[5] 18 aprel 1955-ci ildə Baş Nazir vəzifəsinə təyin edilmiş, 24 oktyabr 1956-cı ilə qədər bu vəzifədə çalışmışdır. İnqilab zamanı sovet qoşunlarının Macarıstana daxil olmasına icazə verən sənədi imzalaması onu Macar xalqının gözündə bir düşmənə çevirdi. Sovet səfiri Yuri Andrapovun təklifi ilə ölkəni tərk edərək 1958-ci ilə qədər Moskvada yaşamışdır.
Elmi fəaliyyəti
Bu illər ərzində SSRİ Elmlər Akademiyasının Fəlsəfə bölməsində xidmət göstərmişdir. Bundan başqa 1958–1961: Macar Elmlər Akademiyası İqtisadiyyat İnstutu, 1961–1963: Mərkəzi Statistika İnstutu, 1963–1968: Sosyoloji Tədqiqat İnstutu, 1966: Karl Marks İqtsadiyyat Universiteti, 1968–1973: Sənaye Fəaliyyətləri İnstutunda çalışmışdır. 1968-ci ildə Praqa Baharı zamanı Çexslovakiyanın Varşava Paktı işğalına etiraz etməsi nəticəsində Sosyoloji Tədqiqatlar İnstutundakı vəzifəsindən uzaqlaşdırıldı.
Vəfatı
1990-cı ildə İşçi Akademiyasını yaratmış, 1999-cu ildə Macar İnqilabının ildönümündə , 76 yaşında vəfat etmişdir.
İstinadlar
- Deutsche Nationalbibliothek Record #118815814 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Meghalt Hegedüs András (mac.). Magyar Hírlap Kft., 1999. ISSN 1786-478X
- "András Hegedüs". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.
- "András Hegedüs, b. 1922". 2009-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-30.