Andezibazalt

Andezibazalt — əsas kütləsi mikrolit, pilotaksit, gialin və ya hialopilit quruluşlu tünd-boz, qara, bəzən tünd yaşılımtıl-boz məsaməli qabarcıqlı flyuidal və ya badamdaşlı porfir, afir vulkanik süxur.

Andezibazalt

Püruzləri 70–75%-ə kimi labrador və bitovnitdən (bəzən anortit), tünd rəngli minerallardan ibarətdir. Əsas kütləsinin tərkibi: plagioklaz, monoklinik piroksen (pijonit, avgit), olivin, vulkanik şüşə, bəzən kvars; filiz minerallarından (maqnetit), aksessorlardan bəzi hallarda sfen iştirak edir. Vulkan şüşəsinin miqdarı 35%-dən 95%-ə kimi dəyişir. Kimyəvi tərkibinə görə normal sıralı (SiO2=53–57%, Na2O/K2O=0,4–23, al’=0,75–3,5) dioritlərin ekvivalenti hesab olunur. Andezibazalt qırışıqlıq zonaların erkən və orta inkişaf mərhələləri üçün səciyyəvidir. Sinonim: Andezitli bazalt, Afanitli porfir və b.

İstinadlar

    Mənbə

    • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.