Ancela Lensberi

Ancela Bricid Lensberi (ing. Angela Brigid Lansbury; 16 oktyabr 1925[1][2][…], Sent-Pankras[d], London, Birləşmiş Krallıq və ya London[3]11 oktyabr 2022[4], Los-Anceles, Kaliforniya[5]) — ABŞ-İngiltərə aktrisası, müğənni, prodüser və yazıçıdır.

Ancela Lensberi
ing. Angela Lansbury
Doğum adı Angela Brigid Lansbury
Doğum tarixi 16 oktyabr 1925(1925-10-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 11 oktyabr 2022(2022-10-11)[4] (96 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Həyat yoldaşı
  • Piter Şou[d] (19492003),
  • Roçard Kromvell[d] (19451946)
Fəaliyyəti səsləndirmə aktrisası[d], müğənni, film prodüseri, yazıçı, xarakter aktrisası[d], ssenarist, televiziya aktrisası, teatr aktrisası, kino aktrisası, televiziya prodüseri[d], aktrisa
Fəaliyyət illəri 1944–2022
Mükafatları "Britaniya imperiyası" ordeni "Britaniya imperiyası" ordeni dama-komandoru National Medal of Arts Kennedi Mərkəzinin fəxri mükafatı
Golden Globe Award for Best Supporting Actress – Motion Picture Golden Globe Award for Best Supporting Actress – Motion Picture
IMDb ID0001450
angelalansbury.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üç dəfə Oskar mükafatına, on səkkiz dəfə Emmi mükafatına namizəd olub, altı dəfə Qızıl qlobus mükafatı laureatı olub və beş dəfə "Toni" yüksək Amerika teatr mükafatına layiq görülüb. 2013-cü ildə Lensberi yetmiş ildən artıq kinematoqrafın inkişafına göstərdiyi xidmətlərə görə, Fəxri Oskar mükafatına layiq görülüb.[6]. 2014-cü ildə dram incəsənəti və xeyriyyəçilik fəaliyyətinə görə, Britaniya İmperiyası Ordeni Xanım-Komandoru elan edilib.

Həyatı

Ancela Bricit Lensberi aktrisa Moyna MakQill və biznesmen Edqar Lensberinin ailəsində anadan olmuşdur. Gələcək aktrisanın babası leyborist partiyasının lideri Corc Lensberi idi. İkinci dünya müharibəsi vaxtı anası və iki kiçik qardaşı ilə Kanadaya köçürlər. Çox keçmədən isə ABŞ-yə gedirlər.

Ancela Lensberinin kinoda ilk rolu rejissor Corc Kyukorun 1944-cü ildə çəkdiyi "Qaz işığı" filmində olmuşdur. Həmin ekran əsərində onun tərəf-müqabilləri tanınmış aktyorlar Şarl Buaye və İnqrid Berqman idi. Gənc aktrisa elə o zaman ikinci planda ən yaxşı qadın roluna görə "Oskar"a namizəd göstərilmişdi. Lakin buna baxmayaraq mükafatı qazana bilməmişdi. İkinci filmi olan "Dorian Qreyin portreti"nə görə Ancela Lensberi Amerika Kino Akademiyasının mükafatına namizəd olmuşdur.

Aktrisanın sözlərinə görə o, baş qəhrəmanlardan birini ifa etmək istəyirdi. Amma "Metro-Goldwyn-Mayer" kino şirkətinin rəhbərləri Lensberini xarakterik rollara və xüsusilə də bacı, sevgili, ana rollarını təklif edirdilər. Ancelanın 22–23 yaşı olanda studiya ona Frenk Kapranın "Nikahda olmaq" filmində Spenser Treysinin 45 yaşlı sevgilisi rolunu verdi[7].

Ancela Lensberi qızı Deydri və oğlu Endrü ilə

1962-ci ildə Ancela Lensberinin çəkildiyi ən tanınmış film olan "Mancur namizəd" ekranlara çıxır. Bu politik trillerdə Lensberi xanım Ayslin rolunu ifa edirdi. O, bu rola görə "Qızıl qlobus" və ABŞ Kinotənqidçilərinin Milli Şurasının mükafatına layiq görülmüşdür. Lensberi həm də "Oskar"ın ən real qalibi hesab olunurdu. Lakin son anada heykəlcik "Möcüzə yaratmaq" filmindəki roluna görə aktrisa Patti Dükə verildi.

1984-cü ildə aktrisa "Qətli o yazdı" serialındakı Cessika Fletçer roluna razılaşdı. Serial 12 il göstərilərək çox məşhur oldu. Bu müddət ərzində serialın 33 rejissoru olımuşdu. Cessiki Fletçer roluna görə aktrisa 12 dəfə "Emmi" mükafatına layiq görülmüş, ancaq qalib ola bilməmişdi.

Teatr

Lensberinin Broadveydəki debütü 1957-ci ildə "Paradiso Oteli" səhnələşdirilməsi ilə başlandı, amma səhnə ulduzuna onu Jerry Hermanın "Meym" (1966) musiqili tamaşası çevirdi. Burada onun səhnə yoldaşı Bi Artur oldu.

Şəxsi həyatı

Şəxsi həyatına gəldikdə isə Ancela hələ 19 yaşı olanda aktyor Riçard Kromuell ilə ailə qurmuşdu. Amma bu nikah çox sürmədi və cəmi 1 ildən sonra onlar boşandılar. 1946-cı ildə aktyor Hard Heffildin gecəsində Lensberi irland aktyoru Piter Şou ilə tanış olur. 3 ildən sonra onlar ailə qururlar. Bu nikahdan onların 2 övladı dünyaya gəlir. Onları bağladığı nikah şou-biznes tarixində ən uzun sürən nikahlardan hesab olunurdu. Belə ki, onların ailəsi 2003-cü ildə Piterin ölümünə qədər davam etdi.

Filmoqrafiya

İlAzərbaycanca adıOrijinal adıRol
1944Qaz işığıing. GaslightNensi Oliver
1944Milli məxməring. National VelvetEdvina Braun
1945Dorian Qreyin portretiing. The Picture of Dorian GraySibil Veyn
1946Harvinin qızlarıing. The Harvey GirlsEm
1946Müqəddəs Hudluming. The Hoodlum SaintDasti Millard
1946Buludlar gəzişəndəing. Till the Clouds Roll ByLondonlu mütəxəssis
1947Yaxın dostumun şəxsi işləriing. The Private Affairs of Bel AmiKlotild de Marell
1947Qış gələrsəing. If Winter ComesMeybl Seybr
1948Onuncu avenünün mələyiing. Tenth Avenue AngelSüzan Bratten
1948Nikahda olmaqing. State of the UnionKey Torndayk
1948Üç muşketyoring. The Three Musketeerskraliça Anna
1949Qırmızı Dunaying. The Red DanubeOdri Kueyl
1949Samson və Delilaing. Samson and DelilahSemadar
1951Mehriban xanıming. Kind Ladymissis Edvards
1952Qiyaming. MutinyLesli
1954Qumara qoyulmuş həyating. A Life at StakeDoris Hillman
1955Bənövşəyi maskaing. The Purple Maskmadam Valentayn
1955Qayda-qanunsuz küçəing. A Lawless StreetTelli Dikenson
1955Saray təlxəyiing. The Court Jesterşahzadə Qvendolin
1955Nəzakətsiz missis Cervising. The Indiscreet Mrs. JarvisBrenda Cervis
1956Xahiş edirəm, öldür məniing. Please Murder MeMayra Lids
1958Uzun, isti yaying. The Long, Hot SummerMinni Littlcon
1960Pilləkənlərin üstündə qaranlıqing. The Dark at the Top of the StairsMeyvis Pruitt
1961Mavi Havaying. Blue HawaiiSara Li Geyts
1962Mancur namizəding. The Manchurian Candidatemissis Ayslin
1964Henri Orientin dünyasıing. The World of Henry Orientİzabel Boyd
1964Əziz ürəking. Dear HeartFillis
1965Bugünədək danışılmış ən böyük hadisəing. The Greatest Story Ever ToldKlavdiya Prokula
1965Moll Flendersin sevgi macərasıing. The Amorous Adventures of Moll FlandersBlayston
1965Harlouing. HarlowCin Bello
1966Cənab Buddvinqing. Mister BuddwingQloriya
1970Hamı üçün nəsəing. Something for Everyoneqrafinya Hert fon Ornşteyn
1971Dəstək və süpürgəing. Bedknobs and Broomsticksmiss Eqlantin Prays
1978Nildə ölüming. Death on the NileSalomeya Otterborn
1979Xanım yox oluring. The Lady Vanishesmiss Froy
1980Güzgü çatladıing. The Mirror Crack'dmiss Marpl
1982Sonuncu təkbuynuzing. The Last UnicornFortuna
1984Canavarlar əhatəsindəing. The Company of Wolvesnənə
1984-
1996
Qətli o yazdıing. Murder, She WroteCessika Fletçer
1984Şəbəkə tikişiing. The LaceHortenziya Butin
1990Onun axtardığı sevgiing. The Love She SoughtAqata
1991Gözəl və bədheybəting. Beauty and the Beastmissis Potts
1992Missis Harris Parisə gediring. Mrs. 'Arris Goes To ParisAda Harris
1995Studiyan və səning. Your Studio and Youözü
1996Missis Santa Klausing. Mrs. Santa ClausAnna Klaus
1997Qətli o yazdı: Cənub-qərbdən cənubaing. Murder, She Wrote: South by SouthwestCessika Fletçer
1997Anastasiyaing. AnastasiaMariya Fyodorovna
2000Qətli o yazdı: Sənin ölümünün tarixçəsiing. Murder, She Wrote: A Story to Die ForCessika Fletçer
2003Qətli o yazdı: Sonuncu azad insaning. Murder, She Wrote: The Last Free ManCessika Fletçer
2003Qətli o yazdı: Kelt müəmmasıing. Murder, She Wrote: The Celtic RiddleCessika Fletçer
2004Qaranlığı keçərəking. The Blackwater LightshipDora
2005Dayə Makfiing. Nanny McPheeAdelaida Stiç
2011Mister Popperin pinqvinləriing. Mr. Popper's PenguinsVan Qandi
2017Kiçik qadınlaring. Little WomenMarç xala
2018Qrinçing. The Grinch
2018Meri Poppins qayıdıring. Mary Poppins Returnsşar qadın

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.