Anbar
Anbar — Yüklərin saxlanması onların daşınması, ehtiyaatların idarə edilməsi və anbarlama əməliyyatları ilə sıx bağlıdır. İstifadə olunan daşımaçı, ehtiyatların səviyyəsi və tələb olunan anbarların arasında birbaşa əlaqə vardır. Göstərilən əməliyyatlar həmçinin yükləmə-boşaltma işləri ilə də bağlıdır.[1]
İstənilən material axınlarının yerdəyişməsi onların lazım olan miqdarının müəyyən yerlərdə cəmlənməsi olmadan mümkün deyildir. Cəmlənmə istənilən logistik sistemin ayrılmaz bəndi olan anbarlarda aparılır. Bu obyektlərdə qəbul olunan və yola salınan yük partiyalarının böyüklüyünə, tərkibinə, göndərmə vaxtına və s. parametrlərinə görə dəyişdirilməsi hesabına yük axınlarının şəkil dəyişmə baş verir. Malların anbarlardan keçməsi əmək və maddi vəsaitləri sərfinə səbəb olduğundan onların dəyərinin artmasına gətirib çıxarır. Ona görə də anbarların fəaliyyəti material axınlarının hərəkətinin optimallaşdırılmasına əhəmiyyətli təsir göstərir.[2]
Anbarların təsnifatı
Logistik fəaliyyətdə çoxlu anbar növləri istifadə olunur. Anbarlar aşağıdakı xarakteristikalarına görə təsnif olunurlar:
- Logistikanın bazis sahələrinə;
- Mülkiyyət formalaarına;
- Funksional təyinatlarına;
- Mal xüsusiləşməsinə;
- Sahəsinin ölçülərinə
- Texniki təminatına;
- Anbar binasının və ətraf ərazinin növünə görə.
İstinadlar
- Harris, Cyril M. Warehouse // Dictionary of Architecture & Construction (4th). McGraw-Hill. 2006. 1056. ISBN 978-0071452373.
warehouse: A building designed for the storage of various goods.
- "godown - Definition of godown in English by Oxford Dictionaries". Oxford Dictionaries - English. 2016-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-23. "Late 16th century from Portuguese gudão, from Tamil kiṭaṅku, Malayalam kiṭaṅṅu, or Kannada gadaṅgu ‘store, warehouse’."