Anatoli Urvantsev
Anatoli Semyonoviç Urvantsev (rus. Анатолий Семёнович Урванцев; 10 iyun 1910, Samara – 27 mart 1971, Bakı) — Azərbaycan-sovet balet artisti, pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1956).
Anatoli Urvantsev | |
---|---|
rus. Анатолий Семёнович Урванцев | |
Doğum tarixi | |
Doğum yeri | Samara, Samara quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | balet artisti, pedaqoq |
Fəaliyyət illəri | 1928-ci ildən |
Təhsili | Moskva Xoreoqrafiya Məktəbi (1928) |
Teatr |
Samara Opera və Balet Teatrı, Yekaterinburq Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı |
Mükafatları |
Həyatı
Anatoli Urvantsev 26 may (10 iyun) 1910-cu ildə Samarada anadan olmuşdur. 1928-ci ildə Moskva Xoreoqrafiya Məktəbini bitirmiş, Moskvada Plastik Baletlər Teatr truppasında işləmişdir.[1] Yaradıcılıq fəaliyyətinə 1928-ci ildə Samara Dram Teatrında başlamış, 1930–1939-cu illərdə Samara və Sverdlovsk teatrlarının, 1939–1962-ci illərdə isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının solisti olmuşdur.[2]
Anatoli Urvantsev pedaqoji fəaliyyətə də məşğul olmuş, 1949-cu ildən ömrünün sonuna kimi Bakı Xareoqrafiya Məktəbində dərs demişdir. O, 27 mart 1971-ci ildə Bakıda vəfat etmişdir.[2]
İfa etdiyi əsas partiyalar
- "Qız qalası", Əfrasiyab Bədəlbəyli — Cahangir xan
- "Raymonda", Aleksandr Qlazunov — Əbdürrəhman
- "İldırımlı yollarla", Qara Qarayev — Kert
- "Yeddi gözəl", Qara Qarayev — Vəzir
- "Gülşən", Soltan Hacıbəyov — Əsəd kişi
- "Qırmızı lalə", Boris Zeydman — Li Şan Fu
- "Bağçasaray fəvvarəsi", Boris Asafyev — Kirey
- "Esmeralda", Sergey Puni — Klod
- "Doktor Aybolit", Viktor Morozov — Doktor Aybolit
- "Sonalar gölü", Pyotr Çaykovski — Şər dahisi
- "Perikola", Jak Offenbax — Terapot
Təltif və mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 6 noyabr 1956
İstinadlar
- İlham Rəhimli. Anatoli Urvantsev // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 45–50. ISBN 978-9952-8306-3-7.
- УРВА́НЦЕВ Анатолий Семёнович // Балет: энциклопедия. Москва: Советская энциклопедия. Гл. ред. Ю. Н. Григорович. 1981. ст. 536.